У нас вы можете посмотреть бесплатно Kiçikölçülü ağciyər xərçəngi - Torakal cərrah Uzm.Dr. Nurlan Əlizadə или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hospitalımızın torakalcərrahı Uzm.Dr. Nurlan Əlizadə kiçikölçülü ağciyər xərçəngi haqqında danışıb. İzləməyi unutmayın. Kiçikölçülü ağciyər xərçəngi pasiyentlərdə heç bir şikayət vermir. Ümumiyyətlə, xərçəngin əlamətlərinə gəldikdə o əlamətlər digər xəstəliklərlə bəzən qarışdırıla bilir. Əsas əlamətləri: Öskürək, təngnəfəslik, halsızlıq, ağızdan qan gəlməsi, sümük ağrıları, sinədə və ya kürəkdə ağrılar, səsdə qısılma, bunlar və ya qısa müddət ərzində arıqlama, çəki itirmə, iştahsızlıq, bunlar xərçəngin ümumi əlamətləridir. Bu əlamətlər xüsusi qruplarda, yəni siqaret çəkən və ya daha öncədən uzun müddət siqaret çəkib buraxmış insanlarda önəm kəsb edir. Onun üçün pasiyentlərdə bu cür şikayətlər görüldüyü zaman digər ağciyər xəstəliklərinə əlamətlər oxşar olmasına baxmayaraq, pasiyent və pasiyent yaxınları diqqətli olmalıdır və çox qısa zamanda torakal cərraha və ya pulmonoloqa müraciət etməlidir ki, bunun araşdırılması aparılsın və həqiqətən də, xərçəng xəstəliyi varsa, erkən mərhələdə aşkar olunsun. Yəni bu saydığım əlamətlər bəzən ilk olaraq sadəcə halsızlıq, öskürək şəklində və yaxud da çox az bir çəki itirmə şəklində olduğu zaman diqqətdən, nəzərdən yayına bilir. Xərçəng xəstəliyində əsas olaraq önəm kəsb edən hissə erkən diaqnostikadır. Bu erkən diaqnostikada da xüsusi risk qrupuna daxil olan insanlar önəmlidir. Bunlar da 55 yaşdan yuxarı və siqaret hekayəsi olan, yəni ən azından 15 il ərzində gündə 1 qutu siqaret çəkmiş insanlardır ki, bunlar heç bir şikayəti olmadan həkimə müraciət etməlidir, yəni müayinələrdə bu insanların çoxunda erkən mərhələdə xərçəng aşkar olunur. Yəni heç bir şikayət olmamasına baxmayaraq, ildə bir dəfə aşağı dozalı kompüter tomoqrafiya çəkdirməlidirlər və bu insanların 30%-ə qədərində mütləq ağciyərdə düyün şəklində erkən mərhələdə ağciyər xərçəngi, təbii ki, 30%-in hamısında deyil, bunların təxminən 2%-ə qədərində, ağciyərdə xərçəng hüceyrələri aşkar olunur. Ağciyər xərçəngi zamanında aşkar olunmadığı zaman, təbii ki, fərqli, ağızdan qan gəlməsi, ciddi sümük, əzələ ağrıları şəklində qarşımıza çıxırlar və bu artıq yayılmış mərhələ olur və nəticələr də təbii ki, əməliyyat və digər müalicə nəticələri erkən mərhələdəki qədər uğurlu olmur. Onun üçün xüsusi risk qrupuna daxil olan insanlar zamanında, məsələn, 55 yaşdan yuxarı və siqaret hekayəsi olan insanlar ildə bir dəfə aşağı dozalı kompüter tomoqrafiya çəkdirməlidirlər. Ağciyər xərçəngi üçün xüsusi laboratoriya testləri yoxdur, yəni spesifik olaraq laboratoriya testləri yoxdur. Sadəcə olaraq siqaret çəkən insanlarda ağızdan qan gəlməsi və yaxud da çox qısa müddət ərzində arıqlama, ya da səsdə qısılma, güclü sümük ağrıları varsa, sinə ağrısı və ya kürək ağrısı varsa, bunlarda ilk olaraq bronkoskopiya icra oluna bilir. Yəni şikayətləri ciddi şəkildə olan insanlarda bronkoskopiya olunmalıdır. Belə bəsit şikayətləri olan, belə siqaret çəkmə hekayəsi olmayan insanlarda bronkoskopiyaya ehtiyac yoxdur. Dediyim kimi, yəni xüsusən risk qrupunda olan insanlar zamanında pulmonoloqa və ya torakal cərraha müraciət etdiyi zaman bizim etdiyimiz əməliyyatların da nəticələri uğurlu olur.