У нас вы можете посмотреть бесплатно QANUNDA: MTK ilə bağlanan müqavilələr или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mənzil-tikinti Kooperativləri nədir? Mənzil-tikinti Kooperativləri (bundan sonra - Kooperativ) fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər. Mənzil-tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir? Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli; Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı; Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı; Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli; Alıcı, mənzilin ödənişinin ve borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli; Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli; Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub-olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir. Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var.