У нас вы можете посмотреть бесплатно Güneydə Azərbaycan türkləri ilə kürdlər arasında gərginlik | Nələr baş verir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Güneydə Azərbaycan türkləri ilə kürdlər arasında gərginlik | Nələr baş verir? Güneydə Azərbaycan türklərinin kürdlərin ərazi iddialarına qarşı başlatdığı etirazlar davam edir. Bəs bu iki xalq arasında nə baş verir? Martın 18-də kürdlər şənlik tədbirlərini siyasi mitinqə çevirərək Azərbaycan torpaqlarına, o cümlədən Urmiyaya ərazi iddiaları irəli sürüblər. Öz milli geyimlərində mərasimə qoşulan çox sayda mühacir kürd və başqa şəhərlərdən Urmiyaya gətirilən qonaqlar “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə İraq Kürdüstanının bayraqlarını qaldırıblar. Nəticədə, Güney Azərbaycan türkləri də Urmiya şəhərində izdihamlı etiraz aksiyası keçiriblər. Urmiyanın mərkəzi küçələrinə axışan on minlərlə azərbaycanlı kürdlərin Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddialarına etiraz ediblər. “Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır”, “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb” kimi şüarlar səsləndirilib. Əslində, Azərbaycan türkləri ilə kürdlər arasında gərginlik uzun müddətdir ki, davam edən mürəkkəb bir problemdir. Bu qarşıdurmalar etnik, siyasi və sosial amillərin birləşməsindən qaynaqlanır. İran hakimiyyəti uzun illərdir ki, bölgədə etnik balansı dəyişmək üçün məqsədyönlü siyasət yürüdür. Son 10 ildə isə İraq və Suriyadan gətirilən kürd ailələr xüsusilə Urmiya və ətraf ərazilərə köçürülüb. Bu isə ağıllara SSRİ-nin İttifaq daxilindəki ölkələrə tətbiq etdiyi assimilyasiya siyasətini xatırladır. Məsələn, Qarabağın dağlıq hissəsinə kütləvi şəkildə erməni ailələrin köçürülməsi kimi. Bu hadisələr Urmiyada azərbaycanlılar və kürdlər arasında etnik və siyasi qarşıdurmanın mövcud olduğunu göstərir. Belə mübahisələrin aradan qaldırılması üçün isə hökumət ayrı-seçkiliyə son qoymalı, Azərbaycan türklərinin haqlı tələblərini yerinə yetirməlidir. Əks təqdirdə gərginliklərin davam etməsi və bölgədə sabitliyin pozulması qaçılmaz ola bilər. Onu da qeyd edək ki, bu hadisələrdən əvvəl də Urmiya kürdləri Tehran rejimindən bölgədə türk dilində lövhələrin və nişanların qadağan edilməsini tələb ediblər. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Güneydə Azərbaycan türkləri ilə kürdlər arasında gərginlik | Nələr baş verir? 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #güneyazerbaycan #kürdlər #gərginlik #təcili #azərbaycan #hadisə #güneyazərbaycanlılar