У нас вы можете посмотреть бесплатно Biləsuvarda gün ərzində pambıq sahələrindən orta hesabla 350 ton pambıq toplanılır или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Biləsuvar rayonunda pambıq yığımı sürətlə davam edir. Pambıqçılar gündəlik hasilatı normadan artıq doldurmağa çalışırlar. Buna səbəb son günlər havaların dəyişkən olmasıdır. Mütəxəsislər bildirir ki, bu il mövsüm fermərlər üçün uğurlu başlayıb. Fermer Əliyar Rzayev: “2017-ci il məhsuldar ildir. Əkdiyimiz pambıqların hamısının 100 faiz çıxışını aldıq. Becərmişik. Bir az su qıtlığımız oldu. Amma yenə də hər hektara 25-30 sentner pambıq yığılır.” Fermer Əliyar Rzayev bildirir ki, bir neçə gündür pambığı maşınla yığırlar. Bütün imkanları dəyərləndirən mülkiyyətçilər ələ düşən fürsətdən maksimum bəhrələnməyə çalışırlar. Çünki, havaların soyuması və yağmurlu hava şəraiti yığımda arzu olunmaz fasilələrə səbəb olur. Fermer Əliyar Rzayev: “Mən hazırda 10 hektar yeri maşınla yığıb təhvil vermişəm. 5 hektar yerim qalıb, o da defalasiya olunub, maşın yığımına hazırdır. Sadəcə hava şəraiti dəyişdiyinə görə yığımı dayandırmışam.” Hər gün sahələrdən orta hesabla 350 ton pambıq toplanır. Bu günə qədər əkilən sahələrdən 2000 hektarı yığılaraq təhvil verilib. MTK-nın aqronomu Rafik Mirzəyev: “Sentyabrın 5-dən əl yığımına başlamışıq.Hazırda maşın yığımı gedir. Pambıq məntəqəsinə gündəlik pambıqlar təhvil verilir. 20-yə yaxın pambıqyığan kombaynımız var.” Artıq dünəndən pambıq yığımında fasilə yaranıb. Yağmurlu hava şəraiti texnikanın sahələrə çıxmasına məhdudiyyət yaradıb. MTK rəsmisi ARB-yə müsahibəsində bildirdi ki, yağışlı hava şəraiti məhsul yığımına təsir göstərsə də yığımı vaxtında başa vuracqlarına əmindirlər. MTK-nın aqronomu Rafik Mirzəyev: “Hava şəraiti imkan versə günə 350 tondan götürəndə bir aya pambığın yığımını itkisiz yekunlaşdırırıq.” Bu il MTK-nın Biləsuvar filialı 1150 nəfər mülkiyyətçi ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə MTK-nın Biləsuvar filialı toplanan “ağ qızıl”ı mülkiyyətçilərdən 50 qəpiyə qəbul edir. 10 qəpik əlavə subsidiya ödəməklə pambığın hər kiloqramı 60 qəpiyə çatıb. Amma bu qiymət fermerləri qane eləmir. Fermer Əliyar Rzayev: “Mən istəyərdim pambığın qiyməti 80 qəpik olsun ki, fermerlərə də bir az qazanc qalsın.” Bu il Biləsuvarda 12000 hektar sahədə pambıq əkilib. Əkilən pambığın 6500 hektarı MTK Biləsuvar filialının payına düşür.