У нас вы можете посмотреть бесплатно Ginekoloq Dr. Aytən İbrahimova / Ginekoloji xəstəliklər / Ginekologiya / Qadın xəstəlikləri или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#ginekoloq #ginekologiya #qadinxestelikleri Ginekoloq Dr. Aytən İbrahimova Ginekoloji xəstəliklərin müalicəsi Ginekologiya - Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. 00:00 - Uşaqlıq borularının müayinəsi 03:22 - Dərialtı İmplant - Hamiləlikdən qorunmaq 06:14 - Endometrioz 11:05 - Qadınlarda Eroziya - Uşaqlıq boynu eroziyası 17:58 - Hamiləlikdə verilən analizlər 24:08 - Epilepsiya və Hamiləlik 32:05 - Miomalar 37:06 - Miomalar və Hamiləlik 41:55 - Qadınlarda qaşınma, Vaginal qaşınma 45:55 - Arzuolunmaz hamiləlikdən qorunmaq 49:10 - Hamiləlikdən qoruyan dərmanlar 55:04 - Yumurtalığın soyuqlaması 58:38 - Vaginizim Bakı Kliniki Mərkəz +994 (012) 520 02 02 | +994 (055) 620 02 02 +994 (050) 620 02 02 | [email protected] Bakı şəh., A. Manafov küç. 15 ( Q.Qarayev m.st.) Web sayt : https://bkm.az/ Instagram : / baki_kliniki_merkez Facebook: / baki-kliniki-merkez-105800334171607 Uşaqlıq borularının müayinəsi Ginekoloji praktikada ultrasəs müayinəsi (USM) kiçik çanaq orqanları xəstəliklərinin diaqnostikasında ən informativ üsullardan biridir. HSQ (rusca QSQ) və ya histerosalpinqoqrafiya — uşaqlıq boşluğu və uşaqlıq borularının anatomik və funksional vəziyyəti haqqında daha tam məlumat əldə etməyə imkan verən, başqa bir vizualizasiya metodudur. Xüsusilə də, o, sonsuzluğun səbəblərini araşdırmaq üçün geniş istifadə olunur. Eyni zamanda ona boruların yoxlanılması deyilir. Dərialtı İmplant - Hamiləlikdən Qorunmaq Son zamanlarda çox soruşulan metodlardan biri “dərialtı implantlar”dır. Qoruyuculuğu yüksək olan metodlardan biridir. 99% üzərində bir qoruyuculuğa sahibdir. Dərialtı implantlar hormon tərkiblidir. Qolun iç tərəfinə yerləşdirilən və kibrit çöpü boyunda silicon çubuqlardır. Yalnız progesterone tərkibdədirlə. Yumurtalamanı və döllənməni önləyir. Kİfayət qədər effektli vasitədir. Aybaşının ilk 7 günü ərzində taxılması məsləhətdir. Endometrioz Endometrioz – normada yalnız uşaqlığın selikli qişasında olan toxumanın bu orqanın digər qişalarında və uşaqlıqdan kənar digər orqanlarda rast gəlməsi ilə xarakterizə olunan patologiyadır. Qadınlarda Eroziya - Uşaqlıq boynu eroziyası Uşaqlıq boynu eroziyası nədir? Uşaqlıq boynu eroziyası – bu zaman uşaqlıq boynunun uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. İstənilən yaşda baş verə bilər və diqqətli müayinə, müalicə tələb edir. Hamiləlikdə Edilən Vacib Analizlər İlkin olaraq ultrasəs müayinəsində uşaqlıq daxilindəki hamiləlik təsdiq edilməli, embrionun ürək döyüntüsü eşidilməlidir. Həftələrə görə analizləri videoda ətraflı şəkildə izləyə bilərsiniz. Epilepsiya və Hamiləlik Hamiləlik dövründə ən geniş yayılmış ağır nevroloji pozuntulardan biri epilepsiyadır. Gələcək anaların 0,5-1%-də epilepsiya qeyd olunur. Miomalar Mioma uşaqlığın düz əzələ toxumasından əmələ gələn xoş xassəli şişdir. Miomanın xərçəngə çevrilmə riski 1% təşkil edir. Mioma çox rastlanan ginekoloji xəstəliklər içərisində xüsusi yer tutur. Miomanın daha gənc yaşlarda rast gəlmə tezliyi çox nadir hallarda olur. Mioma əsasən 30-40 yaş qruplarında olan qadınlarda rastlanır. Qadınlarda qaşınma, Vaginal qaşınma Xarici cinsiyyət orqanları nahiyəsindəki qaşınma qadınları çox narahat edir. O, daimi qadını məcbur edir ki, təklik axtarsın və selikli qişanı mexaniki stimulyasiya etməklə – qaşımaqla əzabverici hissdən canını qurtarsın. Bəzi hallarda zəif qaşınma öz-özünə itib gedir, amma, elə də olur ki, ya xəstəlik, ya da allergiya səbəbindən keçmir. Arzuolunmaz hamiləlikdən qorunmaq Təəsüf ki, indiki zamanda körpələrin çoxu planlaşdırılmamış şəkildə dünyaya gəlir. Bu ona görə baş verir ki, insanlar qorunulmamış cinsi əlaqənin nəticələri barədə düşünmürlər. Çoxlu sayda kontraseptiv üsullara baxmayaraq, insanların çoxu hətta bilmir arzuolunmaz hamiməliyin qarşısı necə alınmalıdır. Arzuolunmaz hamiləliklərdən qorunmaq qadınlar üçün hər zaman ən aktaul problemlərdən sayılır. Bir çoxları bununla bağlı qoruyucu həblərdən istifadə edir. Başqa metodlardan yararlananlar da var. Yumurtalığın soyuqlaması Həyatları boyunca qadınların əksəriyyəti yaşam və sağlıq səbəblərinə görə yumurtalıq iltihabı kimi problemlərlə üzləşirlər.Bu problem çox zaman bakteriya infeksiyaları yolu ilə yoluxur.Yoluxma şəkli isə çox zaman cinsi yolla baş verir. Vaginizim VAGİNİZM ( vajinismus) - cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.) eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. #qadinproblemleri #qadinxestelikleri #bakiklinikimerkez #sehiyye #tibb #azerbaycan #baki #hekim #hekimtavsiyesi #qadin #xestelik #hekimmesleheti #hekimtap SMM by NC GROUP ▶️ https://ncgroup.az/