У нас вы можете посмотреть бесплатно Rüfət Əhmədzadə - Dünya gözəlləşdi mən qocalanda или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şeir: Rüfət Əhmədzadə - Dünya gözəlləşdi mən qocalanda Səsləndirmə: Şahmar Ələkbərov Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] RÜFƏT ƏHMƏDZADƏ - DÜNYA GÖZƏLLƏŞDİ MƏN QOCALANDA Neçə aylar keçib, illər ötüşüb Bir əsər qalmayıb dəcəlliyimdən. Qara saçlarıma ağ-ağ dən düşüb Elə bil heç cavan olmamışam mən. Sevinclər içində dərdsiz- kədərsiz Bəlkə heç olmayıb uşaqlıq çağı. O uzaq keçmişdən qalmayıbsa iz Məni böyütmüşdür bəs hansı qayğı? Qəlbimə ilk eşqin gözü düşəndə Ay ürək, səninlə bir əsmədikmi? Könlümün o qıza gözü düşəndə Səninlə görüşə tələsmədikmi? Nə qədər günlər var xatirələrdə Acısı, şirini, təmtəraqlısı... Ömürdən çox illər gəlib keçsə də Bu gündür, sabahdır ən maraqlısı... Dünya gözəlləşir gözlərimizdə Ona bəxş etmişik gəncliyimizi. Bir məna doğulur hər günümüzdə Ömür qocalığa aparır bizi. Qaxılıb yerində dayanmır zaman O, öz qanunuyla hərəkət edir. Dünyaya min nemət gətirən insan Dünyadan heç bir şey aparmır gedir. Bilən yox nə zaman yaranıb aləm Onun təvəllüdü kimə bəllidi. İkinci bir dünya cənnət-cəhənnəm Naşı adamlara bir təsəllidi. Elə bil görürəm şirin bir yuxu Ötən günlərimi yada salanda. Heyif ki, tez keçdi ömrümün çoxu, Dünya gözəlləşdi mən qocalanda... “Rüfət Zülfüqar oğlu Əhmədzadə 1933-cü il mart ayının 25-də Bakıda anadan olub. Atası Zülfüqar Əhmədzadə xalq düşməni adı ilə həbs edildiyindən, ailəsi ilə birlikdə Balakən rayonuna köçüb. 1949-1951-ci illərdə orta məktəbi bitirdikdən sonra Balakən rayon kinolaşdırma idarəsində səyyar kinomexanik kimi əmək fəaliyyətinə başlamış şair, 1951-1956-cı illərdə Balakən rayon Mədəniyyət Evinin direktoru işləyib. Bədii yaradıcılığa 1953-cü ildə “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Əziz bayram” adlı ilk şeiri ilə başlayıb. Bakıya köçdükdən sonra 1956-1959-cu illərdə Xətai rayonundakı Pionerlər Evində direktor vəzifəsində çalışıb. 1952-ci ildə “Kirpi” satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnalda çalışmağa dəvət edib, Rüfət Əhmədzadə burada korrektor, ədəbi işçi, məsul katib, baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib və ömrünün sonuna qədər bu jurnalda fəaliyyət göstərib. 1963-1968-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, SSRİ Yazıçılar və SSRİ Jurnalistlər İttifaqlarının üzvü olub. 11 kitabın (“Səslə məni”, “Zirvədən zirvəyə”, “Ulduz pəncərəmdə yanır”, “Yollara duman çöküb”, “Kainatla üz-üzə” və s.), 4 musiqili komediyanın (“Sizin ilə, gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş”, “Hələlik”), 3 televiziya tamaşasının (“Sonuncu məhəbbət”, “Gülüş sanatoriyası”, “Şirbalanın məhəbbəti”) və yüzlərlə satirik televiziya novella-səhnəciklərinin müəllifidir. Bir çox yaddaqalan mahnılar onun şeirlərinə bəstələnib. Rüfət Əhmədzadə 1988-ci il dekabr ayının 15-də Bakıda vəfat edib”. Rüfət Əhmədzadənin oğlu Zülfüqar Rüfətoğlu: “Ailədə üç övlad olmuşuq. “Sülalə peşəsinin” davamçılığı mənim üstünə düşüb. 39 ildir ki, bu peşədəyəm. Ortancıl qardaşım Vüqar bioloqdur, öz sahəsi üzrə çalışır. Sevimli sonbeşik qardaşımız Rəşad Əhmədzadə incəsənət adamıdır, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. O da ömrünün yarıdan çoxunu Azərbaycan teatrına həsr edib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktorudur. Deməli, o da atamızın layiqli davamçısıdır”. #rüfətəhmədzadə #dünyagözəlləşdimənqocalanda #şahmarələkbərov #zülfüqarrüfətoğlu #şeir #şair #biraddimla #biraddimlayol