У нас вы можете посмотреть бесплатно DSX Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2022-2023-cü tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib. Tədbirdə Xüsusi Məktəbin müəllim heyəti, kursantlar, valideynlər və dəvət edilmiş qonaqlar iştirak edib. Çıxış edənlər Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, Dövlət Sərhəd Xidmətinin Akademiyasında gələcəyin sərhədçi-zabitlərinin ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu olduğunu qeyd ediblər. 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan məktəbin qısa müddət ərzində ölkəmizdə böyük nüfuz qazandığını, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə ali qayğısının və diqqətinin təzahürünun olmasını vurğulayıblar. Mərasimdə 2023-cü ildə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbini bitirən kursantlara döş nişanları təqdim olunduqdan sonra məzunların xatirəsini əks etdirən adlı siyahı Xüsusi Məktəbin “Məzun simvolu” olan rəmzi nar ağacına sancılıb. Məzunlar məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər düzüb, xatirə şəkli çəkdiriblər. Tədbirin sonunda məktəbin 5-ci və 11-ci sinif kursantlarının iştirakı ilə məzunların buraxılışına həsr olunan çinar ağacı əkilib.