У нас вы можете посмотреть бесплатно Üzdə qırışların yaranmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Uzman Dermatoloq Lalə Mehdi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Cavab: "Əvvəlcə dərimizin niyə qırışmasına diqqət çəkmək istərdim. Burada həm xarici, həm də, daxili faktorlar rol oynayır. Daxili faktor dedikdə, genetik faktorlar, genlərlə bizə ötürülən faktorlar nəzərdə tutulur. Bunu dəyişə bilmərik, BU 20% təşkil edir. Qalan 80% isə xarici faktorlardan asılıdır. Xarici faktorların başında günəş faktoru gəlir. Bu faktor isə, dərimizi yaşlandıran və qırışların əmələ gəlməsini sürətləndirən ən vacib faktordur. Buna görə günəşdən mütləq qorunmaq lazımdır. Fəsildən asılı olmayaraq yay-qış günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Uşaqlarda da günəşdən qorunmaya diqqət etmək lazımdır. 2 yaşəna qədər kremlərdən istifadə etmək olmaz, 2 yaşdan sonra pediatrik kremlərdən istifadə etmək olar. Dərinin nəmləndirilməsi də önəmli yer tutur. Dərinin tipinə uyğun olan nəmləndiricilər istifadə olunmalıdır. Dəri yağlıdırsa su əsaslı, qurudursa yağ əsaslı nəmləndiricilər istifadə olunmalıdır. Dərinin təmizliyinə də diqqət etmək lazımdır. Üzdə makiyaj qalıqları qalaraq gecə yatmaq olmaz, mütləq təmizləmək lazımdır. Dərinin yaşlanmasına bir sıra zərərli vərdişlər də səbəb ola bilər. Buna siqaret, alkoqolu misal göstərər bilərik. Stress faktoru da, olduqca vacibdir. Yuxusuzluq, çevrə kirliliyi də dərimizi yorur və yaşlanmasına səbəb olur. Qidamıza da diqqət etməliyik. Belə ki, qidamızda meyvə-tərəvəzdən çox istifadə edib, şəkər və karbohidratı minimuma endirməliyik. Tez-tez kilo alıb vermək də dəriyə mənfi təsir edir. Belə olduqda dəridə sallanmalar, boşalmalar meydana gəlir, ona görə də, eyni kiloda qalmağa diqqət yetirmək lazımdır. Eyni mimikaları təkrar-təkrar etmək olmaz. Belə olan halda mimiki qırışlar qalıcı olur, buna görə də, günəş gözlüklərindən istifadə etmək lazımdır ki, göz çevrəsi qırışları yaranmasın. Bütün bu faktorlara nə qədər diqqət etsək belə yenə də zaman öz işini görür. Dərinin epidermis hüceyrələri yaş artdıqca yenilənmə sürəti zəifləyir. Elastikliyin miqdarı azalır. Buda dərinin qurumasına, qırışların yaranmasına gətirib çıxarır. Dərialtı yağ təbəqəsinin incəlməyi hesabına dərinin həcmi də azalır. Bütün bu proseslərin qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var. Anti-ageing proqramları həyata keçiririk. Burada müxtəlif mezoterapiyalar, bioreftalizasiya, botoks, dolğu və.s kimi proseduralar istifadə olunur. Bunun üçün dermotoloqa müraciət etməyiniz lazımdır." Müsahib: Lalə Mehdi Müxbir: Sevinc Baxışova Operator, montaj: Röyal Bədəlov Prodüsser: Vüsal Qurbanov Redaktor: Vaqif Hüseynov OTV- Bakı, 2016