У нас вы можете посмотреть бесплатно Əbu-Dabi görüşü Rusiyadakı şovinist qrupları hərəkətə keçirdi - Elxan Şahinoğlu deyib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Rusiya və Ermənistandakı bəzi şovinist dairələr Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşün arxasında ABŞ-ın dayandığını iddia edirlər. Onların fikrincə, Birləşmiş Ərəb Əmirlikləri Vaşinqtonun bölgədəki əsas tərəfdaşlarından biri olduğu üçün bu görüşü də ABŞ-ın təşəbbüsü ilə təşkil edib. Həmin iddialar, görüşdən öncə ABŞ Dövlət katibinin sülh sazişi ilə bağlı optimist açıqlama verməsi ilə əsaslandırılır. Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu öz Facebook hesabında bildirib ki, ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə dəstək verməsində qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında birbaşa aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunmasaydı, bu görüş reallaşmazdı. Bu isə göstərir ki, liderlər artıq konkret razılaşmalar ətrafında fikir mübadiləsinə ehtiyac duyurlar. Politoloq vurğulayıb ki, görüşün məkan olaraq Birləşmiş Ərəb Əmirliklərində baş tutması təsadüfi deyil. Bu ölkə yalnız ABŞ-ın tərəfdaşı deyil, eyni zamanda Azərbaycan və Ermənistanla da geniş iqtisadi əlaqələrə malikdir. Bu baxımdan Əbu-Dabi neytral və uyğun məkan kimi qəbul edilib. Elxan Şahinoğlunun fikrincə, bu görüşün məhz Əbu-Dabidə keçirilməsi çox güman ki, Prezident İlham Əliyevin təklifi ilə reallaşıb və Vaşinqtonun xüsusi göstərişi ilə müəyyənləşdirilməyib. Politoloq əlavə edib ki, Əbu-Dabidə mümkün razılaşma əldə olunarsa, Rusiya və Ermənistandakı bəzi dairələr bundan Nikol Paşinyana qarşı yeni ittiham vasitəsi kimi istifadə etməyə çalışacaqlar. Onlar iddia edə bilərlər ki, Paşinyan görüş ərəfəsində daxildəki opponentlərinə qarşı təzyiqləri artıraraq onları neytrallaşdırmağa çalışıb. Halbuki, həmin radikal qruplar əvvəllər də xalqı kütləvi şəkildə Paşinyana qarşı çıxmağa səfərbər edə bilməyiblər. #Kanal13abuneol #LikeKanal13News #Subscribe #Kanal13TV Əziz izləyicilərimiz! Biz sizin SƏSİNİZ OLMAQ üçün AZADLIĞIMIZI itirdik. Rəhbərimiz Əziz Orucov hələ də həbsdədir. Bizə DƏSTƏK olun, ABUNƏMİZ OLUN: / @kanal13x https://bit.ly/2V19Fdy - Kanal13 GLOBAL ▌▌►Website: http://kanal13.info Click & Subscribe to the main YouTube Channel – Kanal13 Global: / @kanal13az © KANAL13 Tags: _#Ukraine, #Russia, #Putin, #Putler, #Russian invasion of Ukraine, #Zelenski, #Kiev, #Kyiv, #Kadyrovarmy, #Kadirov, #Kherson, #Bucha, #Kharkiv, #Ukrainian pilots, #Vagners, #Russiantanks, #NATO, #drones, #Moscow, #Kreml, #warvictims #Ukrayna, #Zelensky, #Trupm, #DonaldTrump, #savaş, #Qarabağ, #Bakı