У нас вы можете посмотреть бесплатно 14. Şüştər məqamı: istinad pərdələri və alterasiya. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şüştər məqamının digər vacib xüsusiyyətləri bu video-mühazirədə açıqlanır. İstinad pərdələri və alterasiya haqqında məlumat bu videonun əsas mövzusunu təşkil edir. Hər bir istinad pərdəsinə uyğun olan pərdələr qeyd olunmaqla ona uyğun olan muğam şöbələri çalğı vasitəsiə öz təsdiqini tapır. Alterasiya pərdələrinə uyğun şöbələr də çalğı ilə qeyd olunur. Kanalımıza abunə olun, videoları bəyənməklə paylaşsanız, daha çox tamaşaçı cəlb edilə bilər. Qeyd: Mühazirənin fonunda Respublikanın xalq artisti Munis Şərifovun ifasında "Şüştər" muğamından bir parça ifa olunur. Şüştər məqamında olan musiqi nümunələri. Xalq musiqisi Mahnılar – “Aman kəklik əlindən”, “Ay Sona”, “Beşik başında”, “Girdim yarın bağçasına”, “Gözəlim sənsən”, “Gül bağçalar”, “Mərənddən aşdım”. Təsnif – “İnanmaram, inanmaram”, “Səni qəmli görəndə.” Rəqslər – “Almazı”, “Dağ çiçəyi”, “Uzundərə”, “Yüz bir”. Zərbli muğamlar – “Heydəri”, “Ovşarı”. Azərbaycan bəstəkarlarının əsərləri Üzeyir Hacıbəyli – “Leyli və Məcnun” operasından: III şəkil: Xor “Məcnun, Məcnun”. III şəkil: Leyli və İbn Səlamın dueti (Şüştər – hümayun). “Arşın mal alan” musiqili komediyasından: Gülçöhrənin naləsi “Hicran dərdi”. Gülçöhrənin ariyası “Bülbülü zarən”. “O olmasın, bu olsun” musiqili komediyasından: Məşədi İbadın mahnısı “Mən nə qədər, nə qədər” “Sevgili canan” musiqili qəzəli. Fikrət Əmirov – “Sevil” operasından: Uvertüra – Proloq (Şüştər – Şur), Sevilin leytmövzusu, Sevilin ariyası (orkestr girişi-hümayun, voкal partiya-Şüştər). Qara Qarayev – “Leyli və Məcnun” simfonik poemasından: Əsas mövzu. Tofiq Quliyev – “Axşam” mahnısı. Ramiz Mirişli – “Bir xumar baxışla”, “Bir könül sındırmışam”. Vasif Adıgözəlov – “Təkcə səndən xoşum gəlir”. Süleyman Ələsgərov – “Vətənimdir”. Oqtay Rəcəbov – “Necə unudum səni”. Mehriban Əhmədova – “Ana”. Oqtay Kazımi – “Məhəbbət”. Emin Sabitoğlu – “Bu gecə.” Elza İbrahimova – “Gecələr bulaq başı”. İsmayıl Topçubaşov –“ Nə bəxtiyardıq” Qeyd: Fonda səslənən musiqi Azərbaycanın xalq artisi Munis Şərifovun ifasında "Şüştər" muğamı səslənir.