У нас вы можете посмотреть бесплатно Qazi – Namiq İbrahimli | Dastana Dönən HEKAYƏLƏR layihəsi (Mingəçevir) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
📍 “Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində bu dəfə yolumuz bir qəhrəmanın – Vətən müharibəsi qazisi Namiq İbrahimlinin həyat yoluna oldu. Bu təkcə bir görüş deyildi – bu, müharibədən sağ çıxan bir ürəyin daşıdığı yükü gələcəyə anlatmaq idi. Layihə Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Müşfiq Tarıverdiyevdir. Məqsədimiz gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərimizin xatirəsini yaşatmaqla yanaşı, qazilərimizin keçdiyi ağır yolu da unutdurmamaqdır. Bəzən qəhrəmanlıq təkcə döyüş meydanında olmur… Bəzən qəhrəmanlıq müharibədən sonra yaşamağı bacarmaqdır. Qazi Namiq İbrahimli deyir ki: 🔹️ “Şəhid zirvəyə ucalır. Qazi isə müharibəni ömür boyu içində daşıyır…” Mingəçevirli Namiq İbrahimli – fiziki tərbiyə, çağırışaqədər hərbi hazırlıq fənn müəllimi, hərbi rəhbəri, amma hər şeydən əvvəl Vətənin dar günündə önə çıxan bir əsgər. İkinci Vətən müharibəsi başlayan kimi – sentyabrın 28-də könüllü olaraq cəbhəyə yollananlardan oldu. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərin içindən keçdi. O günləri belə xatırlayır: 🔹️ “Biz ora ya şəhid, ya qazi olmağa gedirdik. Başqa yol yox idi…” Döyüşlərdə yaralı və şəhid yoldaşlarının təxliyəsində iştirak etdi, Hadrutda yüksəkliklərdə qalan 11 şəhidin çıxarılmasında ön sıralarda oldu. Sonra yol Şuşaya uzandı… Qələbə xəbərini eşitdiyi anı isə belə xatırlayır: 🔹️ “Elə bil hamımız yenidən doğulduq…” Amma müharibə bitəndə… döyüş bitdi, mübarizə bitmədi. Çünki qazi olmaq – yarasını sarıyıb həyatına davam etmək deyil, hər gecə o səslərlə yenidən döyüşməkdir. Bu gün Qazi Namiq İbrahimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” (III dərəcə), “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Amma onun üçün ən böyük medal – şagirdlərinin gözündə gördüyü hörmət, xalqının yaddaşında tutduğu yerdir.