У нас вы можете посмотреть бесплатно Mioma nədir ? - Ginekoloq Xəyalə İsmayılova или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mioma nədir? Mioma uşaqlığın düz əzələ toxumasından əmələ gələn xoş xassəli şişdir. Miomanın xərçəngə çevrilmə riski 1% təşkil edir. Mioma çox rastlanan ginekoloji xəstəliklər içərisində xüsusi yer tutur. Miomanın daha gənc yaşlarda rast gəlmə tezliyi çox nadir hallarda olur. Mioma əsasən 30-40 yaş qruplarında olan qadınlarda rastlanır. Miomalara menopauza dövründə yəni menstruasiya bitdiyi dövrdə də rast gəlinir, ancaq bu dövrdə qadın hormonu olan esterogenin azalması ilə əlaqədar olaraq miomaların ölçüsündə kiçilmələr baş verir, hətta tamamilə yox ola bilər. Lakin bəzən əksi olaraq miomalar menopauza dövründə böyümə baş verə bilər ki, bu vəziyyətdə ciddi kontrol tələb edir. Çünki bu dövrdə sürətlə böyüyən miomalar bədxassəli ola bilər. Miomanın yaranma səbəbi nədir? Miomanın yaranma səbəbi tam bəlli olmasa da, hormonal asılı bir xəstəlik olması qeyd olunur. Buna sübut menapauza dövründə miomaların geriyə sorulmasını göstərmək olar. Bundan başqa digər risk faktorlar kimi genetik faktor da qeyd edilir (ana, qız və.s.). Bunlardan başqa hamiləlik zamanı da esterogen sintezi çoxluğuna bağlı olaraq bu dövrdə miomalar böyüyür, doğuşdan sonra isə kiçilir. Bütün bu hallar miomanın esterogen hormonuna bağlı olaraq yaranmasını düşündürür. Miomanın növləri hansılardır? Miomalar yerləşməsinə görə üç qrupa ayrılır. Ən çox miomaların intramural formasına, yəni uşaqlığın düz əzələ qatının içərisində yerləşən formasına rast gəlinir. Daha sonra rastgəlmə tezliyinə görə uşaqlığın xaricinə doğru böyüyən subseroz formasına rast gəlirik. 3-cü yerdə uşaqlıq boşluğuna doğru böyüyən submukoz formaya rast gəlirik. Bundan başqa uşaqlıqdan kənarda bağlar arası sahədə – intraligamentar miomaya da rast gəlirik.