У нас вы можете посмотреть бесплатно Pünhan Azim (HƏRGÜN BİR BEYT-XII) Məhəmməd Füzulinin beytinə izah IV (son) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hər gün bir beyt Allah hamının oruclarını və dualarını qəbul eləsin. Bizi də dua edin. Siz də sevdiyiniz beytləri şərhi ilə birlikdə rəy bölməsində paylaşa bilərsiniz. Piri-meykədeyi-şairan Füzuli bir beytində belə buyurur: Beyt Qılmasın dünyada sultanlar mənə təklifi-cud, Bəs durur başımda tövfiqi-qənaət əfsəri. Şərh: Dünyada sultanlar mənə səxavət təklif etməsinlər. Axı mənim başımda ehtiyacsızlıq uğurunun tacı var. Şəxsi qənaətim: İkinci misradakı “durur” sözünü hər hansı bir sözlə əvəz etsəydilər, heyrətim bu həddə olmazdı. Sultanların hüzuruna çıxdıqda təzim etmək (baş əymək) gərəkir. Füzuli hüzura getmir ki, ehtiyacsızlıq uğurunun tacı təzim etdikdə başından düşəcək. “Durur” sözü bunu necə də tam şəkildə ifadə edir. Bu söz özünün də hazırda bir sultan olduğuna işarə verir. Bu sözümün dəlili də digər beytindən zühur edir: Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən Eyləmiş iqbalimi asari-nüsrət məzhəri. Dərviş olan mən, gör necə sultanam ki, sözün feyzi taleyimi qələbənin əsərləri zahir olan yer eyləyib. Belə olduğu təqdirdə sultanın digər sultanlardan səxavət gözləməsi də, sultana digər sultanların yaxşılıq təklifi etməsi də düzgün sayılmaz. Bunu da qeyd edim ki, yaxşılığı təklif etmirlər, yaxşılıq edirlər. Allahdan başqasının qarşısında əyilmək nə qədər də xəcalət verici haldır. Ehtiyacsızlıq nə şahanə səltənətdir və ehtiyacsız nə böyük sultandır. Bu beyt həm də mənə “Qurani-Şərif”dən “Fatihə” surəsinin 5-ci, “Bəqərə” surəsinin isə 30-cu ayəsinin əvvəlini xatırlatdı. 1. Biz yalnız Sənə ibadət edirik (Sənin qarşında əyilirik) və yalnız Səndən kömək diləyirik. 2. Sənin Rəbbin mələklərə "Mən yer üzündə bir xəlifə yaradacağam", - dedikdə Qitənin sonuncu beytində Şeyx hər cəhətdən çəkilmiş olmağı, hüzur içində olmağı əbədiyyət halı kimi vurğulayır və ruzi təminatı üçün əbədi olanın heç olana nökərlik etməsini qınayır. Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola Rizq üçün əhli-bəqa əhli-fənanın çakəri. Məhəmməd Füzuli Allah bizi bu halın keyfiyyətinə vaqif olanlardan etsin. Bu halda yaşatsın, elə bu halda da dərgahına qaytarsın. Füzulinin (Allah ona rəhmət etsin) bu mövzuda yazılan beytləri çoxdur. Sadəcə beytdəki “durur” sözünün verdiyi heyrəti sizinlə də bölüşmək istədim. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın ®️AZİMİZM ©️Müəllif Hüquqları qorunur #meyxana #meyxanago #punhanalatavali #punhanazim #deyisme #2020 #trending #trend #azerbaycan