У нас вы можете посмотреть бесплатно Astarada gömrükçülər yük avtomobilindən 141 kq heroin aşkarladılar или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin respublikamıza keçirilməsinin qarşısını alıblar. Daxil olan əməliyyat məlumatına əsasən gömrükçülər tərəfindən İran İslam Respublikasından gələn Tacikistan Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Məhəmmədəmin Sabiroviç İsmailovun idarə etdiyi “DAF” markalı, iritonnajlı yük maşını saxlanılıb. Müayinə aparatı vasitəsilə maşına baxış keçirilib və bu zaman əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib. Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə - ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub. Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib. Faktla bağlı araşdırma aparılır.