У нас вы можете посмотреть бесплатно XOCALI SOYQIRIMINDAN XİLAS OLAN XOCALI SAKİNLƏRİ ƏDALƏT TƏLƏB EDİRLƏR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Aşağı Ağcakənddə 1992-ci ilin qanlı fevral gecəsindən sağ xilas ola bilən 293 Xocalı ailəsi məskunlaşıb. Burada onlar üçün 500-dən çox ev tikilib. Xocalı Rayon İcra Hakimiyyəti də bu kənddə yerləşir. Xocalı sakinləri həmin qanlı gecəni, başlarına gətirilən müsibətləri ürək ağrısı ilə, göz yaşı içində xatırlayırlar. Mehriban Bəkirova soyqırımı gecəsi 4 körpə uşağı ilə birlikdə ermənilərə əsir düşüb. Həyat yoldaşı Xocalı aeroportunu müdafiə edərkən qəhrəmancasına həlak olub. O, həmin faciəli gecəni, yenicə dünyaya gələn 3 günlük körpəsini itirdiyi anı dəhşət içində xatırlayır. 10 gün erməni əsirliyində qalan Mehriban Bəkirovaya rusiyalı jurnalist Viktoriya İvleva kömək edib. Yeni doğulan qızı Günayın tapılmasında onun rolu əvəzsizdir. Mehriban xanım deyir ki, rusiyalı jurnalist onu vəhşiləşmiş ermənilərdən qoruyub, ona və uşaqlarına isti geyim, eləcə də, pul verib. Düz 19 il sonra Viktoriya İvleva onu axtarıb tapıb. Həmin gecə aldığı xəsarət üzündən sonralar epilepsiya xəstəliyinə tutulan Günayla da görüşüb. Lakin Günay bu görüşdən az sonra, 19 yaşında dünyasını dəyişib. Ağcakənddə məskunlaşan Xocalı sakinlərini eyni kədər birləşdirir – onların hər biri qanlı gecədə doğmasını itirib. Əzizləri erməni vəhşiliyinin qurbanı olub, amansızcasına qətlə yetirilib, meyitləri eybəcər hala salınıb. Bir çoxları isə itkin düşüb, bu günədək nə ölüsü, nə də dirisi tapılıb. Faciə şahidləri o günlərin ağrı-acısını bu gün də çiyinlərində daşıyırlar. Qanlı gecədə itirdikləri doğmalarının məzarı başında ağlaya bilməyən sakinlər 2011-ci ildə yaradılan “Xocalı soyqırımı abidəsi”ni ziyarət etməklə təskinlik tapırlar. Kənddəki “Lidice” abidəsi də xocalıların ziyarət yeridir. Bu abidə 1942-ci ildə faşist Almaniyasının Çexiyanın Lidice qəsəbəsində törətdiyi faciənin qurbanlarına həsr edilib. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Lidice soyqırımı ilə bir sırada dayandığı üçün Aşağı Ağcakəndin küçələrindən birinə Lidice, oradakı küçələrdən birinə isə Xocalı adı verilib. Amansız işgəncələrə məruz qalan Yaşar Əliməmmədov erməni əsirliyindən canını qurtarsa da, ailə üzvlərini itirib. Bir qardaşı itkin düşüb, digər qardaşı isə güllələnərək, öldürülüb. İbrahim Əzizov da həmin gecəni dəhşət içində xatırlayır. O, amansızcasına qətlə yetirilən və eybəcər hala salınan insanların meyitlərini çıxaranlardan biri olub. Elə həyat yoldaşının meyitini də orda tapıb. Aşağı Agcakənddə məskunlaşan xocalılılar burada da mehriban qonşuluq münasibətlərini davam etdirirlər. (Həyətdə qonşuların yuxa bişirmə kadrları) Kədərli və sevincli günlərini paylaşırlar. Burada onların rahat həyatları üçün hər bir şərait yaradılıb, yaşayış evləri, orta məktəb binaları, uşaq bağçası, musiqi məktəbi tikilib. Bu, Ağcakənddə məskunlaşan bütün xocalıların arzusudur. Onlar bu faciə ilə heç bir zaman barışmayacaqlarını, Xocalı soyqırımının bütün dünyaya çatdırılması üçün çalışdıqlarını deyirlər. Xocalı sakinləri deyirlər ki, ermənilərin 28 il öncə törətdikləri qətliam təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə bir gecədə 613 Xocalı sakinini qətlə yetirib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 1275 nəfər girov götürülüb. Dəhşətli faciədən sağ qurtulmağı bacaran Xocaı sakinləri bu qətliama obyektiv qiymət verilməsini tələb edirlər. Onların yeganə arzusu doğma torpaqlarına, el-obalarına qayıtmaqdır.