У нас вы можете посмотреть бесплатно Veten muharibesinin shekili qehremani Sakit İsmayilov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Abone OL: https://goo.gl/W99fFm Copyright © ARB Şəki Sayt: https://goo.gl/NfKDu5 Facebook: https://goo.gl/XVhVzG Yaşasaydı 36 yaşını qeyd edəcəkdi... 1985-ci ilin 7 yanvarında Şəkinin Əlyar kəndində dünyaya göz açan Sakiti doğum günündə ailəsi, cəbhə dostları fəxrlə, qürurla anır... Qəhrəman şəhid 44 günlük Zəfər mübarizəmizin digər şəhidləri kimi düşmənlə savaşda göstərdiyi rəşadətin, torpaq sevgisinin şərəf mükafatını aldı. Elə bu məsuliyyəti, vətəninə bağlılığı həyat yolunu hərbidən salmışdı Sakitin. Şəki Peşə Kollecində təhsil alsa da hərbi xidmətindən sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Manqa komandiri ixtisasına yiyələnir. Müxtəlif hərbi hissələrdə bir amalla çalışır- Vətəni düşmən tapdağından azad etmək. Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri idi Sakit. Yaxınları ilə tez-tez əlaqə yaradaraq onlara qələbə xəbərləri verir, sonda zəfər çalacağımızı əminliklə söyləyirdi. Torpaqların hər qarışını azad etmək üçün atıldıqları döyüş toy-bayram kimi gəlirdi Sakit və onun döyüşçü yoldaşlarına. Elə şəhadəti də sevinclə qarşılayıb deyir ailəsi... Şəhidin Çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları onun vətənpərvərliyindən qürurla danışırlar. Sakit də şəhadətə yüksələn digər şəhidlərimiz kimi təkcə yoldaşlarının, yaxınlarının yox, bütün xalqının qəlbində yurd saldı, ölməzliyə qovuşdu. Qəhrəman şəhid özündən sonra iki azyaşlı övladını da Vətənə əmanət etdi. #ARBŞəki #şəhid #Sakitİsmayılov