У нас вы можете посмотреть бесплатно İnsan ölən zaman nələr görür və nələr baş verir? - Hacı Şahin - Ölən insan gördünmü? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - https://bit.ly/2uR7dZv Əmirəl-möminin (ə) buyurur: “O qədər insan olub ki, günün əvvəlində olublar və axşama yetişməyiblər. O qədər insan olub ki, axşam ona həsəd aparıblar və gecənin sonunda yas saxlayanları matəminə əyləşiblər”. (Tebyan) İlahi peyğəmbərlərin (ə) risalətlərinin ən mühüm mövzusu - məad mövzusu olmuşdur. Çünki məada etiqad bəsləmək insanın rəftar və əməlinə dəyər qatar. Biz müsəlmanlar bu etiqaddayıq ki, Allah Təala Qiyamət günü bütün insanları dirildəcəkdir ki, dərgahında hesaba çəkilsinlər və əməllərinin hesabını versinlər. Əmirəl-möminin (ə) buyurur: “Qiyamət – o gündür ki, Allah bütün keçmiş və gələcək insanları hesablarının dəqiq çəkilməsi üçün və əməllərinin savabına çatmaq üçün toplayacaqdır. Ona görə də hamı müticəsinə ayağa qalxar, o halda ki, tər başlarından, üzlərindən və ağızlarının kənarından axar. Torpaq ayaqlarının altında titrəyər. Onların ən yaxşı halda olanları - o kəsdir ki, iki ayağını da qoymağa yer tapar, ya rahat olmaq üçün yer tapar”. Əmirəl-möminin (ə) dünyanın müvəqqəti olduğunu insanlara belə bəyan edir: “Ey insanlar! Dünya - keçici saray və axirət - cavidan evdir. Ona görə də keçid yerinizdən cavidan mənziliniz üçün azuqə toplayın. O kəs ki, sirlərinizə agahdır, Onun yanında pərdələrinizi cırmayın. Bədənləriniz dünyadan xaric olmazdan əvvəl, ürəklərinizi (dünyadan) xaric edin. Sizi dünyada imtahana çəkiblər və dünyadan qeyrisi üçün yaradılmısınız. O kəs ki, ölər, insanlar (onun barəsində) deyərlər: “Nə qoyub gedibdir?”. Ancaq mələklər deyərlər: “Öncədən nə göndəribdir?”. Allah atalarınıza rəhmət etsin, sərvətinizin bir miqdarını qabaqcadan göndərin ki, Allah yanında qalıcı olsun. Hamısını varislərinizə qoymayın ki, onun cavabını vermək sizə vacibdir”. İnsan istəsə də, istəməsə də ölümü gəlib çatacaqdır. Bu dünyada heç kəs həmişəlik yaşamır. Hətta Allahın ən üstün bəndələri olan peyğəmbərlər (ə) belə, bu dünyada qısa yaşayıblar. İmam Əli (ə) bu haqda buyurur: “Ey insanlar! Sizə ölümü yada salmağı tövsiyə edirəm. Ölümdən az qəflət edin. Onu necə unudursunuz, halbuki o, sizi unutmur? Necə tamah salırsınız, o halda ki, sizə möhlət vermir? Keçmişdəkilərin ölümü sizə ibrət üçün kifayətdir”. İmam Əli (ə) qəbir və onun çətinlikləri haqqında belə buyurur: “Onu ölülərin diyarına qoyarlar və qəbirin sıxıntsında tək qalacaqdır. Yerdə olan həşəratlar dərisini açarlar və qəbirin torpağı bədənini örtər. Güclü küləklər onun təsirini məhv edərlər. Gecə və gündüz keçdikcə onun nişanələrini aradan aparar. Bədən o qədər təravətdən sonra dağılar və sümüklər o qədər müqavimətdən sonra cürüyər. Ruh günahın ağır yükünün girovudur. Orada gizli sirlərə yəqin edər, ancaq yaxşı əməlinə nə bir şey əlavə olar və nə də çirkin əməlinə görə tövbə edə bilər”. Abunə ol https://bit.ly/2uR7dZv Kanala ABUNƏ ol: http://bit.ly/HaciShahin Rəsmi Veb-səhifəsi: http://www.hacishahin.az/ Rəsmi Facebook səhifəsi: / hacishahinha. . Mənbə: YouTube Hacı Şahin Həsənli Abunə ol - https://bit.ly/2LnaLx0 Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm. ✆Whatsapp +994-070-878-72-62 ISLAM TV Official Abunə ol https://bit.ly/2uR7dZv