У нас вы можете посмотреть бесплатно Siçanlarla mübarizə üçün 170 min dollarlıq maaş - BAKU TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Siçanlarla mübarizə üçün 170 min dollarlıq maaş - BAKU TV Aktual xəbərlərimiz • Tünzalə Ağayeva : Həyatımı əllərimlə qurmu... • Şəhidin bəy otağı bəzəkli qaldı - ARZUNUN ... • İran hərbi təlimlərində əmmamə təhlükəsi -... ABŞ-nin Nyu-York şəhərində siçanlarla mübarizəyə yüksək məbləğ ayırılıb. Belə ki, şəhər meri Eric Adams Nyu-Yorkda illərlə davam edən siçan problemini həll edə biləcək namizədlərə 170 min ABŞ dolları məbləğində maaş təklif edir. İldə 120 minlə 170 min dollar arasında maaş təklif edən şəhər rəhbəri "həşəratlara qarşı şiddətli qəzəb" və “iradə, qətiyyət və qatil instinktləri”nin tələb olunduğunu deyib. İşə can atanların universitet məzunu, şəhərsalma və layihə idarəçiliyi sahəsində təcrübəsinin olması istənilir. Tez-tez metro relsləri arasından çıxan və ya zibil qutularını gəzən siçovullar ABŞ-nin ən böyük şəhərində, təbii ki, xoşagəlməz mənzərə yaradır. Hələ 1842-ci ildə Nyu-Yorka səfər edən ingilis yazıçı Çarlz Dikkens siçovullardan şikayətlənirdi. 2015-ci ildə isə ağzında bir dilim pizza ilə metronun pilləkənlərindən aşağı qaçarkən kameralara tuş gələn siçan internet ulduzuna çevrilmişdi. Bir şəhər əfsanəsi Nyu Yorkun 9 milyonluq əhalisi qədər siçovulların olduğunu deyir, lakin yerli statistika bu mifi təkzib edir. Şəhər rəsmiləri illər ərzində siçan populyasiyasını məhv etmək üçün zərərvericilərə qarşı bütün üsulları sınamağa milyonlarla dollar xərcləyiblər. Şəhər meri Adams oktyabr ayında “Tvitter”dəki paylaşımında "Məni tanıyan hər kəs bilir: siçovullara nifrət edirəm. Nyu-Yorkun təmizlik komandası sayəsində şəhərimizi siçanlardan azad edəcəyik" deyərək, siçovullara qarşı müharibə elan etmişdi. Qeyd edək ki, yanvar-sentyabr ayları arasında şəhərin siçovullarla mübarizə üçün yaradılmış qaynar xəttinə 21500-dən çox zəng gəlib. Məlumata görə, ötən il bu rəqəm 18 min olub. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz / www.baku.tv / bakutvofficial / bakutvofficial https://t.me/bakutvxeber https://www.baku.tv Siçanlarla mübarizə üçün 170 min dollarlıq maaş © 2022 © All Rights Reserved ℗ Baku TV #sican #mubarize #170min