У нас вы можете посмотреть бесплатно QUBADA İCRA HAKİMİYYƏTİ TƏRƏFİNDƏN İFTAR SÜFRƏSİ TƏŞKİL EDİLDİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə Quba şəhərində yerləşən “Quba yay” şadlıq sarayında iftar mərasimi təşkil olunub. İftar mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı şəxslər iştirak edib. Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.İftar süfrəsində din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələr oxundu, Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Eyni zamanda Ramazan ayının mənəvi dəyərləri, insanları xeyirxahlığa, mərhəmətə və həmrəyliyə çağıran mahiyyəti barədə danışıldı. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi üçün çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər. #Quba #Ramazan #iftar #iftarmərasimi #şəhidailələri #qazilər #veteranlar