У нас вы можете посмотреть бесплатно Bakıda aksiya: "Öldürsələr də, haqqımızı tələb edəcəyik" или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
                        Если кнопки скачивания не
                            загрузились
                            НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
                        
                        Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
                        страницы. 
                        Спасибо за использование сервиса ClipSaver.ru
                    
Martın 13-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirilib. “GEN” MMC tikinti firmasının aldatdığı adamlar icra başçısı Eldar Əzizovla görüş tələb ediblər. “Keçmişik məhkəmə instansiyalarının birində - Apelyasiya Məhkəməsində xüsusi qərar çıxarılıb. Qərarda qeyd olunub ki, Bakı şəhər İcra Hakimiyyəti bizim üçün yeni binanın tikintisinə torpaq sahəsi ayırsın. Qərarın icrası üçün 30 gün vaxt verilsə də, 5 il keçib, hələ də icra olunmayıb. Bu gün BŞİH-nin qarşısına buna görə toplaşmışıq. Tələb edirik ki, başçı Eldat Əzizov bizi qəbul etsin”-zərərçəkən Afət Əzizova danışır. 2007-ci ildə “GEN” MMC-yə pul ödəyib ev almaq istəyən 377 vətəndaş aldadılıb və onların pulu mənimsənilib. Şikayətlərdən sonra şirkət rəhbəri həbs olunub. Ancaq indiyə qədər zərərçəkənlərin nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub. ”11 ildir gözləyirik bunu - haçan torpaq ayrılacaq? Hər vəzifə sahibi öz işini lazımınca görsə, öz cibinə yox, camaat üçün işləsə, camaatı düşünsəydi, biz bu gün burada dayanmazdıq. 11 il ayaq döyməzdik. Yığışmışıq, öldürsəniz də, qovlasanız da gəlib haqqımızı tələb edəcəyik”- şikayətçi Fəridə Ələkbərova deyir. Şikayətçiləri İcra Hakimiyyətində əvvəl Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev, daha sonra başçı Eldar Əzizov qəbul edib. Onlara söz verilib ki, paytaxtda yeni binanın tikintisinə torpaq sahəsi ayrılacaq. Həmin mənzillər payçılara zərərləri güzəştə gedilməklə satıla bilər. Lakin binanın nə vaxt və hansı şirkət tərəfindən tikiləcəyi hələ məlum deyil. Kanala abunə ol - https://goo.gl/TcM9Fm WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - whatsapp : +49 176 16263646