Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli Şuşada в хорошем качестве

Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli Şuşada 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli Şuşada

Şuşalılar artıq Şuşaya qayıdır... 28 ildən sonra Azərbaycanın qəhrəman oğullarının əfsanəvi döyüşü nəticəsində düşmən tapdağından azad edilən Şuşada bu gün şuşalılar addımlayır. Artıq iki məşhur Şuşalı öz yurduna qayıtdı. “Qafqazinfo”nun Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli dünən Şuşaya səfər ediblər. Atası Bülbülün ev muzeyinə baş çəkən səfir həyətlərindəki 150-yə yaxın yaşı olan ağacı qucaqlayaraq “bu ağaca atamın əlləri dəyib” deyərək kövrəlib. Daha sonra Vətən torpağını əllərinə sürtərək hələ də azad Şuşada olduğuna inanmağın çətin olduğunu deyir. Polad Bülbüloğlu azad Şuşada ilk dəfədir olur, amma Şuşa düşmən işğalında olanda iki dəfə 2007 və 2009-cu illərdə o, Bülbülün evini ziyarət edə bilib. İndi isə Bülbülün evi muzey olacaq. Səfir özü ilə memar da gətirib və bərpa üçün ilkin hesablama işləri aparılıb. Polad Bülbüloğlu deyir ki, atasının evini ziyarət edərkən keçirdiyi hisslər sözlə ifadə ediləsi deyil: “Mən xoşbəxtəm. Allaha dua edirəm ki, ölmədim bu günü gördüm. Mənim də yaşım çoxdur, ola bilərdi ki, bu günü, qələbəni görməyə bilərdim. Mən xoşbəxt adamam ki, Azərbaycan xalqının qələbəsini də gördüm, azad Şuşanı da gördüm, atamın evinə qayıtdım və bu gün mən buradayam. Şuşa Azərbaycanındır, Qarabağ Azərbaycanındır! Cənab Prezident bu günləri, bu anları, bu sevinci bizə bağışlayıb”. P.Bülbüloğlu və Şəmsi Bədəlbəylinin nəvəsi Fərhad Bədəlbəyli daha sonra Şuşanın mərkəzində yerləşdirilən “Güllələnmiş heykəllər”i ziyarət edib. Səfir Şuşanın işğalından sonra ermənilər tərəfindən metallom kimi satılan həmin heykəlləri Heydər Əliyevin tapşırığı ilə necə əldə etdiyindən danışıb. Bundan sonra məşhur şuşalılar Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinə baş çəkərək Azərbaycan xalqı, Azərbaycan əsgərləri üçün dua ediblər. Onlar, həmçinin Vaqifin məqbərəsini ziyarət ediblər. Ardınca Cıdır düzündən Topxana meşəsinə baxıb Azərbaycanın Qüdsü, Kəbəsi olan Şuşanın havasını ciyərlərinə çəkərək qürurla doğma yurda qalib xalqın nümayəndəsi kimi, məğrur şuşalı kimi qayıtdıqlarına görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər. Dünyada və ölkədə baş verənləri ən tez bizdən oxuyun, izləyin. Bizi həm də digər sosial şəbəkə hesablarında izləyin: Sayt: https://qafqazinfo.az İnstagram: https://bit.ly/3i8rtMO Telegram: https://bit.ly/2FnWuh6 Facebook: https://bit.ly/2RbVaki

Comments