У нас вы можете посмотреть бесплатно TIMO Beyxəlxalq Riyaziyyat Olimpiadasının Mükafatlandırma Mərasimi ┃ Bakı Konqres Mərkəzi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
TIMO Olimpiadasının Ölkə Mərhələsi üzrə Qalibləri Mükafatlandırıldı! Bakı Konqres Mərkəzində Global Olympiad Center tərəfindən təşkil olunan beynəlxalq fənn olimpiadaları və yarışmaların qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası (TIMO), FISO IQ, İngilis Dili və Riyaziyyat yarışmaları, Avstraliyanın NextGen Yarışması, International Math Challenge, eləcə də Kopernik Riyaziyyat Olimpiadası üzrə medal qazanan şagirdlər təltif olunublar. Mərasim rəqs qrupunun çıxışı ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və tədbir açıq elan olunub. Global Olympiad Center-in direktoru Xəyal İbrahimzadə çıxışında mərkəzin qarşıdakı dövrdə həyata keçirəcəyi layihələr və beynəlxalq əməkdaşlıqlar barədə məlumat verib. O, Azərbaycan Süni İntellekt Olimpiadası - AI Azərbaycan, Kanadanın Spirit of Math yarışması və “Olympiads.ai” süni intellekt əsaslı olimpiadaya hazırlıq platforması haqqında iştirakçıları məlumatlandırıb. Tədbir çərçivəsində TIMO olimpiadasının tarixi və beynəlxalq fəaliyyəti barədə də məlumat təqdim olunub. Həmçinin qeyd edilib ki, bu il 25-29 may tarixlərində Lütfi Zadə xatirəsinə həsr olunan III TIMO Olimpiadasının Final Mərhələsinin Bakıda baş tutacaq. Mükafatlandırma mərasimi ACCA rəsmi rəhbərlik səviyyəsində təmsil olunub. ACCA-nın Azərbaycan, Türkiyə və Gürcüstan üzrə rəsmi nümayəndəsi Senem Ross-Forrester çıxış edərək şagirdlərin maliyyə savadlılığının və beynəlxalq standartlara uyğun təhsil imkanlarının əhəmiyyətini vurğulayıb. Tədbirdə ACCA-nın Avrasiya və Yaxın Şərq üzrə Təhsil Əlaqələri rəhbəri Tariro Masukume də iştirak edib. O, çıxışında beynəlxalq sertifikasiya proqramlarının gənclərin peşəkar inkişafında roluna toxunub, erkən yaşlardan maliyyə və biznes biliklərinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür akademik platformalar şagirdlərin qlobal əmək bazarına inteqrasiyasına və beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazanmasına şərait yaradır. Tədbir çərçivəsində “Global Olympiad Center”in könüllüləri də təltif olunublar. Qeyd olunub ki, 400-dən çox aktiv üzvü olan GOC Volunteer platforması artıq üç ildir fəaliyyət göstərir və müxtəlif beynəlxalq tədbirlərin təşkilində iştirak edir. Həmçinin TIMO-nun seçim turunda 100 tam bal toplayaraq “Yüzlər Klubu”na daxil olan şagirdlər səhnəyə dəvət olunaraq mükafatlandırılıb. Mərasimdə şəhid övladlarının da iştirakı qeyd olunub və onların TIMO seçim turunda qazandıqları nailiyyətlər barədə məlumat verilib. Rəsmi hissədən sonra qızıl, gümüş və bürünc medal qazanan şagirdlər səhnəyə dəvət olunaraq mükafatlandırılıblar. Tədbir bağlanış nitqi ilə yekunlaşıb və iştirakçılara gələcək mərhələlərdə uğurlar arzulanıb. 📌 Olimpiadalar və beynəlxalq yarışmalarla bağlı daha çox video və yeniliklər üçün kanalımıza abunə olmağı unutmayın. 🔔 Əlavə məlumat və elanlar üçün www.goc.edu.az saytını və sosial media kanallarımızı izləyin: Saytımız → https://www.goc.edu.az Instagram → / globalolympiadcenter Telegram → https://t.me/s/globalolympiccenter/ LinkedIn → / globalolympiadcenter Facebook → / globalolympiadcenter