У нас вы можете посмотреть бесплатно Bölgələrdə 10 xəstəxana və tibbi məntəqə bağlanıb или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Azərbaycan Dəmir Yolları" qapalı səhmdar cəmiyyətinin rayonlardakı 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb. Səbəb kimi maliyyələşmədə yaranan çətinlik, daha doğrusu həmin xəstəxanaların özünü təmin edə bilməməsi göstərilir. Müxbirlərimiz bu xəstəxanalardan birinə baş çəkiblər Salyan Dəmir Yolu Xəstəxanası yanvarın 1-dən təsərrüfat hesabına keçdiyindən maliyyələşmədə çətinliklər yaranıb. Sözügedən xəstəxanada 60-ya yaxın işçi çalışırmış. İlhamə İsmayılova –tibb işçisi: “Mən 30 ilə yaxındır ki, burada işləyirəm. Bizə ilin əvvəlində dedilər ki,xəstəxana bağlanacaq. Fakt indi bağlanıb işsiz qalmışıq.” Aynur Məmmədova tibb işçisi: “Kiçik tibb işçisiyəm, bizim xəstəxanamıza xəbərdarlıq olunub ki,xəstəxananız bağlanacaq.xahiş edirəm məni işlə təmin eləsinlər,xəstaxanamızı bərpa eləsinlər”. Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova isə deyir ki, bu qərarın onlarla heç bir bağlılığı yoxdur. Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Dövlət büdcəsindən maliyyə ayrilmadığı üçün rentabellilik səviyyəsi aşağı olan xəstəxanaların fəaliyyəti dayandırılıb. Artıq Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan, Hacıqabul, Mincivan Dəmiryol Xəstəxanaları, Gəncə, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyanın qapıları xəstələrin üzünə bağlanıb.