У нас вы можете посмотреть бесплатно Uşaqlarda zob olurmu? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Facebook: Gunay Resulova Pediatr İnstaqram: dr_gunayresulova Tel: (+994) 70 673 83 81 Körpə yaşlar daxil çox uşaqlarda qəbizlik anaların qorxulu yuxusudur.Kimisi uşağı tez-tez imalə etmək məcburiyyətində qalır,kimisi hər dəfəsində çöplə bağırsağı qıcıqlandırmaq,şam qoymaq kimi invaziv müdaxilələr uşağın və ananın psixologiyasını pozur.Qəbizlikdən əziyyət çəkən uşaq hər defekasiyadan əvvəl həyəcan keçirir,ağrı qorxusu səbəbilə defekasiyanı ləngidir,bağırsaqda qalan nəcisin suyu sorularaq kal kütləsi daha da bərkiyir,və beləliklə qüsurlu dövran yaranır,vəziyyət daha da ağır hala gəlir. Uşaqlarda qəbizliyin çox səbəbi ola bilər. -95 faiz hallarda funksionaldır,yəni altda yatan bir səbəb olmaz və ya ailə hekayəsi vardır.Süni qidaya keçəndə,əlavə qida başlayanda,inək südü,tualetə alışdırıldığı zamanlarda sıx görülür. -Az hallarda anadangəlmə bağırsaq anomaliyası-Hirşprung xəstəliyi,megakolon,kistik fibroz və s dir. Uşaqlarda qəbizliyin ağıla gəlməyən,lakin ölkəmizdə çox yayılmış,əsasən də endemik zonalarda yaşayan uşaqlarda səbəb HİPOTİREOZ ola bilər.Qalxanabənzər vəzin (ZOB kimi tanıdığınız vəz)funksiyasının zəif olmasıdır.Səbəb bu da ola bilər dediyimdə, "Doktor,uşaqda "zob" olurmu ki?" reaksiyası ilə qarşılaşıram.Əlbəttə ola bilər.Ümumiyyətlə doğulan hər körpə rutin qan təhlillərindən keçəndə mütləq qalxanabənzər vəzin funksiyası da baxılmalıdır.Dünyanın bütün ölkələrində bu vəz və başqa metabolik xəstəliklərə görə doğulan hər uşaq rutin olaraq yoxlanılır.(Topuk testi) Qəbizlikdən başqa bu problemdə uşaqlarda əqli inkişafdan qalma,nitqdə ləngimə,yaddaşsızlıq kimi əlamətlər də görülə bilər Beləliklə,övladınızın uzun sürən qəbizlik problemi varsa və səbəbi hələ də müəmmalıdırsa "ZOP"u yoxlatmağı unutmayın) Sağlam olun