У нас вы можете посмотреть бесплатно UEFA-nın “Qarabağ” Klubuna mənfi cavabı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
UEFA “Qarabağ” Futbol Klubunun Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərdə şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi müraciətinə mənfi cavab verib. “Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”, – deyə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. “Fakt Yoxla” UEFA-nın (Avropa Futbol Assosiasiyaları Birliyi) bu qərarının onun son illərdə formalaşan təcrübəsinə uyğun olub-olmadığını araşdırıb. UEFA bu açıqlamanı “Qarabağ”la “Nant” arasında Avropa Liqasının qrup mərhələsinin II turunun Bakıda keçirilən oyunundan əvvəl verib. Bu oyundan bir neçə gün öncə Azərbaycan-Ermənistan arasında başlayan döyüşlər 71 hərbçinin həyatını itirməsilə nəticələnmişdi. Avropada idman və futbol oyunlarının keçirilməsi zamanı təhlükəsizlik qaydalarını tənzimləyən normativ-hüquqi sənədlər arasında zorakılığın və xuliqanlığın qarşısının alınmasına yönəlik bir sıra sənədlər var. Lakin Bu konvensiyalarda 1 dəqiqəlik sükutun keçirilməsi standartları barədə məlumata rast gəlinmir. Bu isə onu deməyə əsas yaradır ki, anımla bağlı qərarlar UEFA tərəfindən vahid standarta əsasən qəbul edilmir. “Qarabağ”ın müraciətinin “futbol ilə bağlı olmaması” ilə əsaslandıran UEFA 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində həyatlarını itirmiş şəxslərin, eləcə də “Qarabağ”- “Nant” oyunundan bir həftə əvvəl vəfat edən Böyük Britaniya kraliçası İkinci Yelizavetanın xatirəsinin yad edilməsi məqsədilə 1 dəqiqəlik sükut elan edilib. Beləliklə, UEFA əvvəlki illərdə futbolla bağlı olmayan hadisələrin anım sükutuna müsbət cavab verib. Futbol yarışı normalarıyla bağlı sənədlərdə anım sükutu ilə bağlı müddəanın olmaması UEFA-nın bu qərarları şəxsi mülahizə əsasında verdiyinə dair qənaət yaradır. “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, UEFA-nın “Qarabağ” Futbol Klubuna verdiyi cavab onun anım sükutu ilə bağlı əvvəlki təcrübələrinə uyğun gəlmir. Kanala abunə ol - https://www.youtube.com/channel/UC3s6... WebSite: https://www.faktyoxla.info Facebook: / faktyoxla.info Twitter: / faktyoxla İnstagram: / fakt.yoxla #faktyoxla #qarabağ #uefa #qarabağfk