У нас вы можете посмотреть бесплатно “Anoreksiya Nervoza” или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yemək yemə pozuntularının xüsusilə də Anoreksiya Nervoza’nın müalicəsi digər birçox psixiatrik xəstəlikdən fərqli olaraq multidisiplinerdir. Yəni bu xəstəliklərin müalicəsində eyni zamanda bir çox tibb sahəsi (psixiatr-psixoterapevt, ümumi həkim-terapevt, diyetoloq, endokrinoloq vs) birgə iş görməlidir. Anoreksiya Nervoza xəstələrinin 10 faizinin (yəni hər 10 xəstədən biri) gedişatı, ən ideal müalicə şəraitində olsa belə, xəstəliyin komplikasiyaları səbəbi ilə ölümlə nəticələnir. Ona görə bu xəstəliyi tanımaq və uzun müddətli düzgün müalicə programını təşkil etmək olduqca vacibdir. Unutmayaq ki, Anoreksiya Nervoza xəstəliyindən əziyət çəkən şəxslər, “müstəqil hissetməmək”, “qadın kimi hissetməmək”, “özgüvənli hissetməmək” kimi ruhsal problemlərinin həllini “bədənləri” üzərində mütləq kontrol və “fərqlilik” yaradaraq həll etməyə çalışırlar. Yəni, Anoreksiya Nervoza hər nə qədər xəstəlik kimi görünsə də, əslində efektif olmayan bir həll metodu və yardım çağırışıdır. Bu çağırışı ilk eşitməsi gərəkən insanlar isə şəxsin ailə üzvləri və ətrafındakı insanlar olmalıdır. Ona görə, xəstəlik əlamətlərini yaxınlarınızda görürsünüzsə, problemi tənqid edərək, utandıraraq, məcbur edərək həll etmək yerinə şəxsi bir mütəxəssisdən dəstək almağa cəsarətləndirmək daha məqbul olanıdır.