У нас вы можете посмотреть бесплатно Qaraciyərin xəstə olduğunu göstərən 6 əlamət или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz. Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin. Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir. Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın. #baxbele #baxbelə #qaraciyer --- Qaraciyərin sağlamlığı bütün orqanizmin vəziyyətinə təsir göstərir. Ona görə qaraciyərin zədələnməsi zamanı da nəticəni müxtəlif orqan və nahiyələrdə görürük. Qida rejiminin pozulması, çoxlu dərman qəbulu, zərərli vərdişlər, stress, ekologiyanın pozulması – hər biri qaraciyərə neqativ təsir göstərir. Qaraciyər toxumasında sinir ucları olmadığına görə qaraciyər xəstəlikləri erkən mərhələlərdə simptomsuz keçir, yalnız vəziyyət ağırlaşdıqda artıq ağrı simptomu meydana çıxır. Lakin öz bədəninizə qarşı diqqətli olsanız bəzi kiçik elementlərdən artıq qaraciyərinizin yükləndiyini anlaya bilərsiniz. Göründüyü kimi, qaraciyər sirozunun bir çox əlaməti var. Bütün bu simptomlar bədəndə ciddi şəkildə zəifləmə və geridönüşü olmayan ziyanlara səbəb olur. Qaraciyər sirrozuna səbəb nədir? Qaraciyər sirrozuna səbəb ola biləcək bir çox xəstəlik var. İnsan bədənində baş verə bilən və qaraciyərə zərər verə biləcək hər hansı bir xəstəlik qaraciyər sirrozuna səbəb ola bilər. Ən çox görülən səbəblər arasında; Qaraciyərin Hepatiti, piylənmə və diabet, qaraciyərin həddindən artıq spirt istehlakı kimi viral infeksiyalara uzun müddət məruz qalmasıdı. Qaraciyərin yükləndiyini necə bilmək olar? 1. Qırışlar – Üzdə əmələ gələn qırışlar yalnız mimiki olmur. Bəzi hallarda onlar qaraciyərin vəziyyətinə işarə edir. Əgər qaraciyər yüklənmişsə alında və qaşarasında vertikal qırışlar əmələ gəlir. Qırış nə qədər dərindirsə qaraciyərin disfunksiya ehtimalı da o qədər yüksəkdir. 2. Ləkələr – Üzün dərisinin rəngi insanın sağlamlığı haqqında çox söz deyə bilər. Məsələn dəridə gicgah və alın nahiyəsində olan yaşılımtıl və qəhvəyi ləkələr qaraciyər xəstəliklərinin əlamətidir. Belə ləkələrdən ağardıcı vasitələrlə azad olmaq olmur. Ləkələrin yaranma səbəbi qaraciyərin dərinin piqment elementi olan melanin mübadiləsinə təsir etməsidir. 3. Yağlı dəri – Qaraciyərin əsas funksiyalarından biri toksinləri və lazımsız maddələri zərərsizləşdirib orqanizmdən xaric etməkdir. Bura həmçinin artıq yağ aiddir. Qaraciyər yağı xaric edə bilmədikdə yağ piy vəzilərinin axacaqlarında toplanaraq dərinin yağlı olmasına gətirib çıxarır. Yağlı dəri də öz növbəsində səpgilərlə assosiasiya olunur. 4. Saçların tökülməsi – Qaraciyərin fəaliyyətinin pozulması orqanizmdə qidalı elementləri sorulması prosessini pozur, nəticədə saçların uzanması dayanır, tökülür və həmçinin saçların vaxtında tez ağarması da müşahidə olunur. 5. Gözün ağının saralması – Bu, qaraciyər problemlərinin ən yaxşı bilinən əlamətidir. Saralmanın səbəbi toxumada bilirubin toplanmasıdır. Qaraciyər disfunksiya nəticəsində bilirubin bütün toxumalarda toplanır, dərinin və selikli qişaların saralmasına səbəb olur. 6. Nəcisdə dəyişiklik – nəcisin rənginin itməsi, konsistensiyasının dəyişməsi qaraciyər patologiyasından xəbər verə bilər. Qaraciyər sirozunun müalicə üsulları nədir? Hər nə qədər sirroz qaraciyərə geridönülməyəcək bir zərər versə də, sirrozun erkən mərhələlərində tətbiq olunan müalicələr zərəri dayandıra və xəstənin normal bir həyat yaşamasına imkan yaradır. Sirroz üçün hələlik qəti bir müalicə yoxdur. Ancaq müalicə vasitəsi ilə, qaraciyər sirrozunun irəliləməsi, simptomlarını və ağırlaşmalarını yavaşlatmaq mümkündür. Antiviral dərmanlar sirroza səbəb olan hepatit xəstəliklərinin müalicəsi üçün istifadə edilə bilər. Bu xəstəliklərin nəzarət altına alınması, sirrozun inkişafını dayandıracaqdır. Alkoqollu xəstələrdə bu vərdişi dayandırmaq və artıq çəkiyə sahib olan xəstələrdə pəhriz tətbiq etmək də müalicə variantları arasındadır. Qaşıntı, yorğunluq və ağrı kimi simptomların qarşısını almaq üçün dərman müalicəsi tətbiq oluna bilər. Ciddi bir maye yığılması halında isə mütəxəssis müdaxiləsi ilə mayenin boşaldılmasına ehtiyac ola bilər. Təzyiq dərmanları şişmiş və qırılan damarların səbəb olduğu qanaxmanı azaltmaq üçün istifadə olunur. Təzyiq dərmanı ilə müalicə edilə bilməyən damarlar üçün cərrahi müdaxilə tələb oluna bilər. Digər infeksiyaların müalicəsi üçün bəzi antibiotik və peyvəndlərə də ehtiyac ola bilər. Sirrozun son mərhələsinə çatmış xəstələrdə qaraciyər transplantasiyasına ehtiyac var. Bu vacib bir əməliyyatdır. Kadavralar daha çox qaraciyər transplantasiyası üçün istifadə olunsa da, toxuma uyğunluğu varsa, qaraciyərini bağışlamaq istəyən bir şəxsin qaraciyərinin bir hissəsi çıxarıla bilər.