У нас вы можете посмотреть бесплатно DNT və RNT. Nukleotid. Polimerlər. Nuklein turşuları. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Diqqət: 16cı dəqiqədə amin turşularını elə saxlayır ki,onlar arasında peptid rab.yaransın olmalıdır. Nuklein (lat. “nukleus” – nüvə) turşuları ilk dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu cür adlandırılmışdır. Lakin sonralar onların mitoxondri, plastidlər kimi orqanoidlərdə də mövcudluğu məlum olmuşdur. Nuklein turşuları – irimolekullu təbii üzvi maddələrdir. Bu molekullar canlı orqanizmlərdə irsi məlumatın saxlanılmasını və nəslə ötürülməsini təmin edir. Öz quruluşuna görə nuklein turşuları biopolimerlərdir. Onların monomer halqası nukleotidlərdir. Hər nukleotid azotlu əsasdan, karbohidratdan, ortofosfat turşusu qalığından ibarətdir.Nuklein turşularının növləri. Hüceyrədə iki növ nuklein turşuları – dezoksiribonuklein (DNT) və ribonuklein (RNT) turşuları olur.Dezoksiribonuklein turşusu (DNT). Orqanizmin əksər hüceyrələrində irsi məlumatların daşıyıcısı dezoksiribonuklein (DNT) turşusudur. Eukariot orqanizmlərdə DNT nüvədə və bəzi orqanoidlərdə – mitoxondri və plastidlərdə olur. Prokariotlarda formalaşmış nüvə olmadığı üçün bu orqanizmlərin DNT-si bilavasitə sitoplazmada yerləşir. DNT-nin quruluş prinsipi, demək olar ki, bütün orqanizmlərdə eynidir. O, spiral halında burularaq bir-birinə sarılmış iki polimer zəncirdən ibarətdir. DNT-nin hər bir zəncirini nukleotidlər təşkil edir. Nukleotidində 4 növ azot əsası – adenin (A), quanin (Q), sitozin (S) və timin (T) olur. DNT-nin ikiqat zəncirində azot əsasları daxilə doğru yönələrək bir-biri ilə hidrogen rabitəsi ilə birləşir. Nukleotidlərin birbiri ilə birləşməsi təsadüfi deyil, müəyyən qanunauyğunluqla baş verir. Bu zaman həmişə adeninin qarşısında timin, quaninin qarşısında isə sitozin durur. Nukleotidlərin bir-birinə belə uyğun cütlər şəklində birləşməsi komplementarlıq (lat. “complementum” – tamamlama) adlanır.