У нас вы можете посмотреть бесплатно Dəstəmazda ayağa məsh çəkmək məsələsi | Şeyx Qamət Süleyman или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dəstəmazda ayağa məsh çəkmək məsələsi Dəstəmazda ayağa məsh çəkmək Quran və sünnə ilə sabit olmuşdur. Qurani-Kərimdə Maidə surəsi altıncı ayənin bir digər qiraətində “ayaqlarınıza da məsh çəkin” mənasında gəlmişdir. Hədis ilə isə "Səhih Muslim"də Cəririn (radiyallahu anhu) hədisidir ki, belə deyir: "Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ehtiyacını ödədikdən sonra dəstəmaz alarkən xoflarının üstünə məsh çəkdiyini gördüm". Cərir (radiyallahu anhu) bu hədisi Maidə surəsindəki ayə nazil olandan sonra rəvayət etmişdir. Bu da o deməkdir ki, bidət əhli iddia edir ki, Maidə surəsindəki ayə ayaqları yumaqdan danışır. Ayaqlara məsh çəkmək, yoxsa ayaqları yumaq daha əfzəldir? Cavab budur ki, bu, insanın halına görə dəyişir. Yəni əgər insan yalınayaqdırsa, yumağı, corab geyinibsə, məsh etməyi daha üstündür. Amma məsh etməyin şərtləri üçdür. Birinci: insan corablarına yalnız qüsllu və dəstəmazlı olduqda məsh etməlidir. İkinci: məshin müddətinə fikir vermək lazımdır. Bu müddət səfərdə olmayan üçün dəstəmaz alıb dəstəmazını pozduğu andan iyirmi dörd saat, səfərdə olan üçün isə üç gün hesablanır. Üçüncü isə: qüsl pozulduqda məshin də pozulmasıdır. Məhz buna görə qüsl almalı, ondan sonra corabı geyinib, daha sonra dəstəmaz pozulduqda məsh edə bilər. Corablara məsh çəkmək məsələsi nə qədər fiqhi məsələ hesab edilsə də, bu mövzü əqidə kitablarına da salınıb. Çünki bu barədə bidət əhli ilə sünnə əhli arasında ixtilaf vardır. İmam Əhməd (rahiməhullah) demişdir ki, məsh barədə qəlbimdə heç bir şəkk-şübhə yoxdur və bu barədə qırxa yaxın hədis varid olmuşdur. #ŞeyxQamətSüleyman #DavranışMədəniyyəti