У нас вы можете посмотреть бесплатно Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rəşid Mədinov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rəşid Mədinovun anım günü qeyd olunub Oktyabrın 14-də Xaçmaz Rayon Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bəxtiyar Osmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyəti və qəsəbə sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində Vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid - rayonun Yeni Həyat Qəsəbə sakini Mədinov Rəşid Nəzər oğlunun anım günü qeyd olunub. Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. 2015-ci ilin iyulunda Bakı Dövlət Sosial-İqtisadi Kollecini bitirib həqiqi hərbi xidmətə yollanan Rəşid, 3 ay Gəncədə qaldıqdan sonra xidmətini Murovdağda davam etdirir. Şəhidimizin hərbi xidmət dövrü şanlı Aprel döyüşlərinə təsadüf edir. Bu döyüşlərdə Murovdağda baş artilleriya atıcısı olaraq düşmənə qan uddurur. Döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən şəhid Rəşid Mədinov 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif olunub. 2017-ci ilin əvvəllərində həqiqi hərbi xidmətdən təxris olunan şəhid Rəşid Mədinov, .2020-ci ilin 20 sentyabrında ümumi hərbi təlimlərə çağırılır. Bir həftəlik təlimdən sonra başlayan Vətən müharibəsində Rəşid öncə Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli uğrunda gedən döyüşlərdə artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərib. Cəsur bir döyüşçü olmaqla yanaşı eyni zamanda etibarlı yoldaş olan Rəşid oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə Pirəhmədli kəndi ərazisində yaralanaraq iki tərəf arasındakı zonada atəş altında qalan əsgər yoldaşını xilas etmək üçün düşünmədən önə atılır və yoldaşını çiyninə alıb ərazidən çıxararkən mənfur düşmənin onun yaxınlığına atdığı iriçaplı minomyot mərmisinin qəlpəsi şir ürəkli əsgərimizin qarın boşluğuna dəyir və ağır yaralanır. Aldığı yaradan Vətən müharibəsinin 16-cı günü Şəhidlik zirvəsinə yüksələn igidimiz oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında böyük izdihamla son mənzilə yola salınır. Ölümündən sonra şəhid Rəşid Mədinov Prezident İlham Əliyevin sərəncamları ilə “Fizulinin azad olunmasına görə” və “Vətən Uğrunda” medallarıı ilə təltif edilib. Tədbir iştirakçıları əvvəlcə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısın birinci müavini Bəxtiyar Osmanov tərəfindən Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib. Şəhid ailəsi dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! Elmir - BasharaTV - Xaçmaz #azərbaycan #şəhid #şəhidlər