У нас вы можете посмотреть бесплатно Özündən 17 yaş böyük aktrisa ilə eşq yaşayan aktyorumuz - Arvadı da həmin aktrisanın əri ilə evləndi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Uşaqların da, böyüklərin də sevə-sevə izlədikləri “Bir qalanın sirri”ndən tanıyırıq onu. “Elşən, sən məni oxumamaısan, mənsiz otların xasiyyətini öyrənmək olmaz” deyirdi ona kitablar... Biri var idi, bizə daha çox kitab oxuyub belinə kəmər taxan Elşən kimi tanış olan, şəxsi həyatında isə, fantastik eşq macəraları yaşayan, sonda subay dünyadan köçən aktyor Gündüz Abbasov... Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlib. Anası Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb. İmkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayıb. Sonralar özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük yazdırırlar. Bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından ailə dağılır. Ofeliya Məmmədzadə oğlunu özü ilə aparsa da, qızları aktyorun anasının yanında qalır. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə başlayır. Qızı Dildar xanımın sözlərinə görə, atası bundan acığa düşür və prokuror işləyən qardaşının köməyi ilə oğlunu da keçmiş xanımından geri alır. Sonralar uşaqlarını keçmiş həyat yoldaşının tamaşalarına aparsa da, onunla görüşməyi hər iki tərəfə qadağan edir. Ofeliya xanım uşaqlarını görmək üçün ondan xəlvət bağçaya gəlirmiş. Uşaqlar yalnız böyüyəndən sonra hansı isə məclisdə təsadüfən analarını yaxından görə bilirlər. Davamı materialda...