У нас вы можете посмотреть бесплатно Kriptovalyuta biznesinə başlamaq üçün iki mühüm şərt - BAKU TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kriptovalyuta biznesinə başlamaq üçün iki mühüm şərt - BAKU TV “İstənilən şəxs ilkin kapital 10-20 dollarla kriptovalyuta sektoruna başlaya bilər”. Bu sözləri Baku TV-yə açıqlamasında maliyyə üzrə ekspert Elnur Quliyev deyib. Onun sözlərinə görə, yüksək gəlirli kriptovalyuta sektorunda biznes fəaliyyətinə başlamaq üçün iki mühüm şərtə əməl etmək lazımdır: “Bu işə başlamaq üçün ilk növbədə gmail və ilkin kapital lazımdır. Adi məktəbli belə gmail vasitəsilə birjada qeydiyyatdan keçməklə alqı-satqıya başlaya bilər”. Ekspert bildirib ki, kriptovalyutanın alqısı və nağdlaşdırılması prosesi 3 əsas formada həyata keçirilir: “Bunlardan ən sərfəlisi kriptovalyuta birjalarıdır, amma bunun üçün xüsusi biliklər lazımdır. 2-ci mübadilə servisidir. Bu, daha rahat formadır, amma orada yüksək komissiyalar var. 3-cü də kriptobankomatlardır. Ən rahat üsullardan biridir, amma kriptobankomatlar hər ölkədə olmur. Qonşu Gürcüstanda, Ukraynada var. Amma bizim ölkədə hələ yoxdur”. Elnur Quliyevin sözlərinə görə, kriptovalyuta alan şəxs 3 əsas risklə qarşılaşır. Bunlardan biri valatillikdir: “Qiymətlər qalxan kimi kriptovalyutanı satmaq olmaz, həmçinin eyforiyaya qapılıb təzədən bütün pulunuzu ora qoymaq da lazım deyil. 2-ci əsas risk hüquqi riskdir. Kriptovalyuta alarkən bilməlisiniz ki, bunu istədiyiniz yerdə və məbləğdə nağdlaşdıra bilmirsiniz. 3-cü risk sizin texniki biliklərinizlə bağlıdır. Hesabınız kiberhücuma məruz qala bilər və yaxud siz parollarınızı itirə bilərsiniz”. Ekspert deyir ki, Azərbaycanda kriptovalyutaya maraq son 3 ildə xeyli artıb. Kifayət qədər gənclər var ki, bu sahə ilə maraqlanır və investisiya yatırırlar. https://t.me/bakutvxeber / www.baku.tv / baku.tv / bakutvofficial https://www.baku.tv Kriptovalyuta biznesinə başlamaq üçün iki mühüm şərt © 2023 © All Rights Reserved ℗ Baku TV #bitcoin #kriptovalyuta #biznes