У нас вы можете посмотреть бесплатно GÜLÜSTAN ƏLİYEVANIN SİRLİ HƏYATI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olmuş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olmuşdur. Ailəsi Həyat yoldaşı — Əhmədov Zahid Fərrux oğlu (1960, Cəbrayıl) Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1988). Təyinatını DİN zabiti olaraq, Cəbrayıl rayon RDŞ-ya almışdır. 1990–1991-ci illərdə torpağlarımızın ermənilərdən təmizlənməsində fəal iştirakına görə DİN-nin "polis əlaçısı" nişanı, igidliyə görə medalı ilə təltif olmuşdur.1991-ci ildə Cəbrayıl rayonunda (Zanzur kəndi) xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.[1] Bir oğlu var — Əhmədli Rüfət Zahid oğlu. Atasının yolunu şərəflə davam edir. Evlidir. İki övladı var. Pedagoji Fəaliyyət 1992-ci ildə Beylaqan royonu Günəşli qəs. h'yat yoldaşının adını daşıyan məktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ild'n isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır. 2003-cÜ ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiya "Azərbaycan Bəstəkarların Opera Yaradıcılıqında Qadın Obrazlarının Musiqili Drammaturji Həlli" Yeni videolardan, ölkə gündəmində baş verən maraqlı hadisələrdən xəbərdar olmaq istəyirsinizsə kanala abunə olub, BİLDİRİŞLƏRİ AÇMAĞI UNUTMAYIN! Abonə ol linki: https://bit.ly/3eH9EYI Kanalımda yayımlanan materialların müəllif hüquqları qorunur. Kanaldakı videoların paylaşılmasına icazə verilmir. 2023 © All Rights Reserved Ucal Media