У нас вы можете посмотреть бесплатно Kürdəmirdə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dekabrın 12-də müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkına gələrək, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və abidəsi önünə gül dəstələri düzüblər. Sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin təşikatçılığı ilə ehsan süfrəsi açılıb. Mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon Ağsaqqallar Şurasının üzvü və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli həyatını Azərbaycana, onun inkişafına, tərəqqisinə və dövlətçiliyimizin qorunmasına həsr edən, müstəqilliyini möhkəmləndirən Heydər Əliyevin xatirəsinin heç bir zaman unudulmayacağını bildirib və ona Allahdan rəhmət diləyib. Heydər Əliyev siyasətinin davam etdiyini, Ulu Öndərin başladığı siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Daha sonra ictimaiyyət nümayəndələrindən çıxış edənlər dahi şəxsiyyətlə bağlı xatirələrini danışıblar.