У нас вы можете посмотреть бесплатно Bu 11 Qida Mədəaltı Vəzi MƏHV EDİR! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #Mədə #Bağırsaq "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 İnsanların çoxu bu gün düşünmədən yeyir. Yediyimiz zərərli qidaların ən çox zərər vurduğu orqanlardan biri mədəaltı vəzdir. Mədəaltı vəzin fəaliyyətindəki kiçik pozğunluq ciddi xəstəliklərə səbəb olur. Bu xəstəliklərə misal olaraq, pankreatit, diabet, mədəaltı vəz xərçəngini göstərə bilərik. Bu gün mədəaltı vəzə ziyan edən 11 ərzaqdan danışacağıq. Həmçinin, bu orqanın fəaliyyətini dəstəkləyən və ona faydalı olan qidalar barədə sizə məlumat verəcəm. Diqqətiniz məndə olsun! “Hansı qidalar mədəaltı vəzə ziyanlıdır?” sualı insanları çox düşündürür. Çünki mədəaltı vəz olduqca həssas orqandır. O, mədədən bağırsağa ötürülən qidanın həzm edilməsində birbaşa iştirak edir. Mədəaltı vəz qidanın tərkibindəki nişastanı, yağı və şəkəri parçalayan xüsusi fermentlər istehsal edir. Yalnız bu fermentlərlə emaldan sonra qida bağırsağımız tərəfindən sovrula bilir. Vəzin digər vəzifəsi qandakı şəkərin miqdarını nizamlamaqdır. Mədəaltı vəzin fəaliyyətindəki kiçik pozğunluq ciddi xəstəliklərə səbəb olur. Bu xəstəliklərə misal olaraq, pankreatit, diabet, mədəaltı vəz xərçəngini göstərə bilərik. Müasir dövrdə insanlar arasında diabet və mədəaltı vəzin soyuqlaması olan pankreatit geniş yayılıb. Soyuqdəymə mədədə intensiv ağrılarla müşahidə edilir. Digər simptomlar isə gözün kökünün saralması, qarında şişkinlik, nəcisin rənginin dəyişməsi, yüksək hərarətdir. Xroniki pankreatit kəskin şəkildə özünü büruzə vermir. İnsanlar illərlə yeməkdən sonra mədədəki diskomfortdan şikayət edə bilirlər. Qida rasionumuzda müəyyən qidaları qəbul etmək ağrıların artmasına səbəb olur. Mədəaltı vəzi qorumaq hər insanın öz əlindədir. Yetər ki, rasionunuza diqqət edin və normadan artıq yeməyin. Dietoloqların fikrincə, mədəaltı vəzə ziyan edən qidaları uzun müddət qəbul etmək olmaz. Ən azı, 8-9 ay ciddi pəhrizə əməl olunmalıdır. Çalışın, yeməyi ağzınızda yaxşıca çeynəyin və gün ərzində az-az, tez-tez yemək yeyin. Hansı qidalar mədəaltı vəzə ziyanlıdır? Buyurun, birlikdə öyrənək: Qazlı içkilər. Bu içkilərin tərkibində xeyli sayda kimyəvi elementlər, qida boyaları və həddən artıq şəkər var. Qazlı içkilər sağlam insanı xəstə edir, nəinki, mədəaltı vəzində problem olanları. Qaz qabarcıqları mədənin divarlarına mənfi təsir edir, eyni zamanda, pankreatitin yaranmasına səbəb olur. Yağlı ət və hisə verilmiş qidalar. Hisə verilmiş qidalar mədə-bağırsaq sistemini qıcıqlandırır. Xüsusilə, tüstüyə verilmiş ət məmulatları daha çox ziyanlıdır. Şirniyyatlar və şokolad. Əgər siz bir parça tünd şokolad yesəniz, bu, dünyanın sonunu gətirmir. Amma həddindən artıq, daimi olaraq şokolad yesəniz, nəticədə, mədəaltı vəziniz sıradan çıxar, yaxud diabet riski artar. Xörək duzu. Həddən artıq duz istifadə etdikdə, bədəndə maye ixracı çətinləşir və təzyiq yüksəlir. Gücə düşən mədəaltı vəzin damarları zədələnir. Acı və ədviyyatlı yeməklər. Ədvası çox olan yeməkləri hər adamın orqanizmi həzm edə bilmir. Bunun üçün orqanizm gərək uşaqlıqdan ədviyyatlı yeməklərə adət eləsin. Məsələn; gürcülər, hindlilər kimi. Bizim yemək adətlərimiz ilə hindlilərin yemək adətləri fərqlidir. Ona görə də, biz bol ədvalı yeyəndə özümüzə ziyan edirik. Qızarmış göbələk mədəaltı vəzin işini çətinləşdirir. Ona görə ki, onlar uzun müddətə və çətinliklə həzm olunur. Mayonezli salatlar, sobada pendirlə bişirilən ət, piroq və peçenyelər də mədəaltı vəzə ziyandır. Kofe. Kofe iştahı açır. Eyni zamanda, mədə şirəsinin ifrazını artırır, mədənin divarını zədələyir, mədəaltı vəzə ziyan vurur. Kofenin qəbulundan sonra bütün həzm orqanları fəaliyyətə keçir, ferment və şirələr ifraz edirlər. Amma ortada həzm ediləsi qida olmur. Bu da həmin orqanların zədələnməsinə səbəb olur. Çalışın ki, gün ərzində 2 fincandan artıq kofe içməyin. Və həmişə yeməkdən sonra için. Marqarin. Hazırda, demək olar ki, sartışda olan şirniyyat məhsullarının əksəriyyəti marqarinlə hazırlanır. Marqarin yağın süni əvəzləyicisidir. Tərkibində orqanizmə zərərli olan sintetik yağlar və konservantlar var. Ona görə də, hazır şirniyyatlardan imtina eləsəniz, yaxşı olar. Turş giləmeyvələr və meyvələr. Bəli, mədəaltı vəzimiz şirin meyvələri xoşlayır. Pis vərdişlər də mədəaltı vəzin sıradan çıxmasına səbəb olur. Alkoqollu içkilər qaraciyər parçalayır. Parçalanmış məhsullar qana sorularaq damarda sıxılmalar yaradır. Nəticədə, mədəaltı vəz ferment ifraz edə bilmir. Bu isə diabet və pankreatitin inkişafına səbəb olur. Ümumiyyətlə, alkoqolun bu orqana ziyanları çox böyükdür. Nikotin isə, nəinki, bronx və ağciyərlərin, eyni zamanda, mədəaltı vəzin də düşmənidir. Nikotin mədəaltı vəzin ferment ifrazını zəiflədir, vəzin morfoloji quruluşunu dəyişir. Bu da yekunda xərçəngə gətirib çıxarır. Stressin immuniteti zəiflətdiyini, orqanizmi gücdən saldığını hamımız bilirik. Bütöv orqanizmə ziyan vuran stress həssas orqana-mədəaltı vəzə neyləyər?