У нас вы можете посмотреть бесплатно RASİM CƏFƏRLİ ÜMUMİ CƏRRAH, T.E.D., ATU DOSENTİ. AVTOBİOQRAFİK VİDEO. WIKIMED.AZ TƏQDİM EDİR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
DOKTOR RASİM CƏFƏROVA ATU-DAN VERİLƏN XASİYƏTNAMƏ Cəfərli Rasim Elxan oğlu 2004-cü ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə müvafiq müsabiqədən keçərək əyani aspiranturaya qəbul olmuş və II-Cərrahi xəstəliklər kafedrasına göndərilmişdir. 2007-ci ildə “Профилактика и лечение осложнений после эхинококкэктомий из печени” mövzusunda dissertasiya işini (elmi rəhbər – t.e.d., prof. R.M. Ağayev) başa çatdırmış və uğurla müdafiə etmişdir. Həmin ildən t.ü.f.d. R.E. Cəfərli kafedranın assistenti vəzifəsinə təyin edilmişdir. 2013-cü ildən kafedranın tədris hissə müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir. 6 may 2013-cü il tarixində Azərbaycan Tibb Universiteti ilə Ukraynanın Donetsk şəhərində yerləşən Təxirəsalınmaz və Bərpa İnstitutunun Beynəlxalq Kök Hüceyrələri Mərkəzi arasında Elmi-tədqiqat əməkdaşlığının aparılması məqsədilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kafedramızın assistenti, t.ü.f.d. Cəfərli Rasim Elxan oğlu “Трансплантация стволовых клеток в комплексном лечении цирроза печени и портальной гипертензии” mövzusunda tədqiqat işinə başlamışdır. 2015-ci ildə Azərbaycanda tibb elmləri doktoru elmi dərəcəsinin alınması üçün “Трансплантация стволовых клеток в комплексном лечении цирроза печени и портальной гипертензии” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir. 2004-cü ildən bu günə qədər 6 Beynəlxalq konqresin təşkil edilməsində yaxından iştirak etmişdir. T.ü.f.d. R.E. Cəfərli 120 elmi məqalə və tezisin, 3 səmərələşdirici təklifin, 2 metodik tövsiyənin, eləcə də 3 cilddən ibarət olan cərrahi əməliyyatlar atlasının müəllifidir. Elmi məqalələr əsasən xarici nəşriyyatda öz əksini tapmışdır. Tibb elmlər doktoru, dosent Cəfərli Rasim Elxan oğlu – -ixtisas ümumi cərrah, qastroenteroloq, Kök hüceyrə transplantoloqu İş yeri -Azərbaycan Tibb Universitetinin II-Cərrahi xəstəliklər kafedrasının dosenti İtisasartırma kursları: 2007-ci il –Ümumi və laparoskopik cərrahiyyə, Hacetteppe Universiteti, Ankara, Türkiyə 2010-cu il – Ümumi və laparoskopik cərrahiyyə, Humboldt Clinicum, Berlin, Almaniya 2015-ci ildə Rasim Cəfərov Azərbaycanda ilk dəfə Kök hüceyrə transplantasiyasına həsr edilən fundamental tədqiqat işi aparmış (qaraciyər sirrozu və portal hipertenziyanın müalicəsində) və tibb üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2015-ci ildə R.E.Cəfərli tibb elmləri doktoru alimlik dərəcəsinin alınması üçün “Трансплантация стволовых клеток в комплексном лечении цирроза печени и портальной гипертензии” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. Rasim Cəfərlinin 2023-cü il Oktyabr ayında “Kök hüceyrələrin bioloji aspektləri və klinikada tətbiqi perspektivləri” adında monoqrafiya (Ağayev R.M., Cəfərli R.E.) çapdan çıxıb. RASİM CƏFƏRLİNİN ÜZVÜ OLDUĞU QURUMLAR: Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən “Cərrahiyyə” üzrə Aprobasiya Şurasının Elmi katibi Azərbaycan Cərrahlar və Qastroenteroloqlar İctimayi Birliyi DOKTOR RASİM CƏFƏRLİ İLƏ ƏLAQƏ: Əlaqə telefonu: 055 – 738 -85 – 00