У нас вы можете посмотреть бесплатно Hacı Qara (2002) - bədii film - musiqili komediya или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
12+ Film xəsis zəngin Hacı Qaradan bəhs edir. Filmdə ermənilərin zaman-zaman Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli rus məmurlarının yerli xalqa qarşı yeritdiyi müstəmləkə siyasətinə etiraz işarələri var. Heydər bəylə Sonanın lirik məhəbbət əhvalatı filmin leytmotivini təşkil edir. Filmin çəkilişləri 1993-cü ildə aparılsa da, istehsal 2002-ci ildə tamamlanıb. Film Mirzə Fətəli Axundovun “Hacı Qara” pyesinin motivləri əsasında çəkilib. Bu film pyesin II ekran variantıdır. "Hacı Qara" pyesinin motivləri üzrə eyniadlı bədii film ilk dəfə 1929-cu ildə rejissor Abbas Mirzə Şərifzadə tərəfindən çəkilib. İstehsalçı: Azərbaycanfilm, Aydın İstehsalat Kommersiya Mərkəzi İlk baxış tarixi: 02.08.2003 Texniki göstəricilər: 35 mm, 4:3 Janr: komediya, musiqili, macəra Rejissorlar: Cahangir Mehdiyev, Elnur Mehdiyev Ssenari müəllifləri: İsi Məlikzadə, Cahangir Mehdiyev Operator: Yuri Varnovski Rəssam: Rafiq Nəsirov Bəstəkar: Arif Məlikov Rollarda: Səyavuş Aslan (Hacı Qara), Əjdər Həmidov (Kərəməli), Saleh Sadıqov (molla), Muxtar Avşarov (erməni zabit), Lətifə Əliyeva (Tükəz), Rəşid Səməndər (Əsgər bəy), Rəşad Həsənov (Səfər bəy), Fuad Poladov (pristav Aleksandr Mamedoviç), Ədalət Ziyadxanov (erməni Mkrtç), Arif Qasımov (erməni əkinçi), Məlik Dadaşov (Ohan Yüzbaşı), Aqil Əmirov, Günel Həsənzadə (Sona), Elnur Mehdiyev (Heydər bəy), İdris Rüstəmov (əsgər) Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır.