У нас вы можете посмотреть бесплатно İtən, oğurlanan avtomobil nömrələri bərpa olunmur? - "Oğurlayıblar, indi məcburam ki..." - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İtən, oğurlanan avtomobil nömrələri bərpa olunmur? - "Oğurlayıblar, indi məcburam ki..." - Baku TV Son vaxtlar dövlət qeydiyyat nişanlarının oğurlanması ilə bağlı halların artdığı bildirilir. Belə ki, dələduzlar avtomobillərin nömrə nişanlarını oğurlayaraq sahiblərindən onların geri qaytarılması müqabilində pul tələb edirlər. Nömrəsini itirən vətəndaşların isə hazırda faktiki olaraq yalnız bir çıxış yolu qalır. Millət vəkili Elşad Musayev bildirib ki, Azərbaycanda dövlət qeydiyyat nişanı itirildiyi halda onun dublikatı verilmir və bu, əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Onun sözlərinə görə, nömrə nişanının dublikatının verilməsi müxtəlif sui-istifadə halları yarada bilər: “Əgər dövlət qeydiyyat nişanı itibsə, bir nəfər onun dublikatını alıb istifadə edə bilər. Digər tərəfdən, həmin nömrəni tapıb götürən başqa bir şəxs də ondan istifadə edə bilər. Bu isə müxtəlif hüquq pozuntularına səbəb ola bilər”. Ekspertlər isə hesab edirlər ki, mövcud vəziyyət nəzərə alınaraq qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zəruridir. Onların fikrincə, şəhərin demək olar ki, bütün ərazilərində nəzarət kameralarının quraşdırılması belə halların izlənilməsini xeyli asanlaşdırır. Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, 1998-ci ildə qəbul edilən “Yol hərəkəti haqqında” qanunda bu məsələ ilə bağlı müddəalara yenidən baxılmalıdır: “Dövlət rüsumu haqqında” qanuna əsasən, vətəndaşlar nömrə nişanlarını əldə etmək üçün 30 manatdan 3000 manatadək rüsum ödəyirlər. Eyni zamanda elə nömrələr var ki, əl dəyişdirərək 50 min, hətta 100 min manatadək qiymətə satılır. Belə olan halda kiminsə nömrəni oğurlayıb aparması və ya harasa atması vətəndaş üçün ciddi maddi zərər yaradır. Məncə, “Yol hərəkəti haqqında” qanuna əlavə edilə bilər ki, nömrə itirildiyi halda vətəndaş simvolik məbləğdə – məsələn, 50 və ya 100 manat cərimə ödəyərək həmin nömrənin dublikatını ala bilsin”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv ❂❂❂❂❂ 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan