У нас вы можете посмотреть бесплатно Sahamkir Azerbaijan 🇦🇿//Şemkir rayon-Bayramlı kendi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bayramlı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var.[1] Kənddə həmcinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqlari yerlesir. Bu tarixi abidələr Bayramli kəndinin qədim tarixə malik oldugunu sübut edir. Rayon mərkəzi ile məsafəsi 15 kilometrdir. Kənd subtropik iqlim qurşağında yerləşir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir.Qışı çox sərt deyil,yayı isə istidir.Qışda orta tempratur 2 °C, yayda isə 23 °C-yə yaxındır. Bayramli kəndi çox əlverişli mövqedə yerləşmişdir. Zəyəm çayının ve Kür çayının sahilində,Şəmkir rayonunun dağətəyi bölgəsində yerləşmişdir.Suvarma işlərində Zəyəmçaydan geniş istifadə edilir. Kənd və ətrafındakı tünd və adi boz-qəhvəyi və açıq şabalıdı torpaq əkinçilik üçün yararlı və əlverişlidir. Bayramli kəndində mədəniyyət evi, kitabxana, və tibb məntəqəsi, Tofiq Cəfərov adına Bayramlı kənd orta məktəbi fəaliyyət gostərir. Əhalisi əsasən kənd təsərrüfatı – heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. İqtisadiyyatında üzümçülük və quşçuluq da mühüm yer tutur. Buğda, arpa, qarğıdalı kimi taxıl bitkiləri,eləcə də soğan, kələm, pomidor, xiyar,badımcan, günəbaxan, kartof və s. bostan bitkiləri becərilir. Sovet İttifaqı dövründə Bayramlı əsasən pambiqciliq və uzumculuk üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəmkir rayonunda bu sahələr üzrə əsas yerileri tuturdu.