У нас вы можете посмотреть бесплатно Mülki müdafiə alayının şəxsi heyəti gecə həyəcan siqnalı ilə qaldırılıb или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının şəxsi heyətinin iştirakı “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda gecə təlimi keçirib. Təlimin keçirilməsində məqsəd şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub. Təlim zamanı xilasedicilər tərəfindən obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılıb. Yüksək mərtəbəli binalarda müxtəlif üsullarla “xilasetmə” işlərinin icra edilib və zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyyəsi həyata keçirilib. 2 obyektdə ümumilikdə 7 tədris nöqtəsində, 7 xüsusi təyinatlı texnikanın, işıqlandırma generatorlarının, su nasoslarının və 56 nəfər şəxsi heyətin iştirakı ilə uğurla icra edilən təlimdən sonra əldə edilən nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.