Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Bolşevik Terroru

20-ci əsrin əvvəllərində Rusiya çarlıq rejimi ilə idarə olunurdu. Ancaq sayı getdikcə artan fəhlələr arasında inqilabi kommunist fikirlər yayılmağa başlamışdı. Əsgərlərin bir qismi də bu ideologiyanın təsiri altına düşmüşdü. Rusiyadakı kommunist hərəkatın lideri isə Vladimir İliç Lenin idi. Leninin rəhbərlik etdiyi Kommunist hərəkat Bolşevik hərəkatı adlanırdı. Bolşeviklər iqtidarı ələ keçirmək üçün qanlı bir inqilaba ehtiyac olduğuna inanırdılar. Uzun illər boyu qeyri-qanuni təşkilatlanmalarına baxmayaraq bu məqsədlərinə çata bilməmişdilər. Axtardıqları fürsət ancaq 1914-cü ildə əllərinə düşdü. 1-ci Dünya müharibəsi başladı. Bu müharibə o vaxta qədər bəşəriyyətin gördüyü ən qanlı müharibə idi. 10 milyon insanın ölümünə səbəb olan müharibənin ziyan vurduğu ölkələrdən biri də Rusiya idi. Müharibənin ilk 3 ilində ruslar ard-arda məğlubiyyətə uğradılar və düz 2 milyon insan itirdilər. Müharibənin ağrı-acıları Rusiyanı inqilaba sürüklədi. 1917-ci ilin fevral ayında paytaxt Petroqraddakı (Sankt-Peterburq) ordu hissələri hökumətə qarşı çıxdılar və paytaxtı ələ keçirdilər. Bu zaman əsgərlərinə mənəvi dəstək vermək üçün cəbhədə olan çar II Nikolay Petroqrada doğru yola çıxdı. Ancaq mindiyi qatar inqilabçı əsgərlər tərəfindən saxlanıldı və çar həbs olundu. Çar hökumətinə aid bütün simvollar inqilabçı əsgərlər tərəfindən məhv edildi. Küçələr sevinən inqilab tərəfdarları ilə doldu. Əksər insanlar çar rejiminin devrilməsi ilə Rusiyanı daha gözəl günlərin gözlədiyinə ümid edirdi, halbuki yanılırdılar. Bolşeviklərin 1917-ci ilin fevral inqilabına heç bir töhfələri olmamışdı. İnqilabdan sonra qurulan məclisdə sayları da az idi. Hökumət Qərb yönlü demokrat Kerenskinin əlinə keçmişdi. Sürgündə olan Lenin adamlarına yeni hökuməti qətiyyən dəstəkləməmək əmrini verdi və öz inqilabı üçün bolşevikləri təşkilatlandırmağa davam etdi. Nəhayət 1917-ci ilin oktyabr ayında hərəkətə keçdi. Leninin silahlı tərəfdarları hökumət mərkəzi olan Qış sarayına hücum edib müqavimət göstərən mühafizəçiləri vurdular və tarixin ən bəsit çevrilişlərindən birini həyata keçirdilər. İllər sonra çəkilən sovet təbliğat filmlərində bu çevriliş Leninin pafoslu nitqləri ilə başlamış böyük xalq hərəkatı kimi göstəriləcəkdi. Halbuki əslində saraya hücum edənlərin sayı yüzdən artıq deyildi və cəmi 5 nəfər ölmüşdü. Lenin səssiz bir çevrilişlə hakimiyyəti ələ keçirmişdi. Ancaq bundan sonra səssiz qalmayacaqdı. Bolşeviklər Çara hələ də sadiq olan ordu hissələrinə qarşı hücuma keçdilər və 3 il davam edən qanlı vətəndaş müharibəsi başladı. Bolşeviklər vətəndaş müharibəsi üçün Qızıl ordunu da təşkilatlandırdılar. Bu ordunun başına Leninin sağ əli olan Trotski keçdi. İstər Qızıl ordu hissələri, istərsə də Leninin qurduğu ÇK adlı gizli polis xidməti çar tərəfdarlarına və digər anti kommunist qruplara qarşı ən zalım metodlara əl atmaqdan çəkinmədilər. Çar II Nikolay və 5 uşağı ilə birlikdə bütün ailəsi Leninin əmri ilə güllələnərək edam edildi. Bolşevik rejimi dəstəkləməyən şəhərlər yandırıldı. Lenin hərbçilərinə göndərdiyi teleqraflarda kommunist hökumətinə qarşı çıxan hər kəsin edam edilməsini əmr edirdi. Bolşeviklər on minlərlə insanı rejimə qarşı çıxdıqlarına görə həbs etdilər. Bu insanların əksəriyyətinə işgəncə verildi və kütləvi edam edildilər. Məşhur rus yazıçısı Maksim Qorki bolşeviklərin bu vəhşiliyini belə təsvir edirdi: “Tambovda kommunistlər həbs etdikləri adamları sol əl və sol ayaqlarından yerdən bir metr yuxarıda, ağaclara, dəmiryolu mismarları ilə mıxlayır və sonra da bu insanların əziyyət çəkməsini zövqlə seyr edirdilər. Bir əsirin qarnını yararaq bağırsağını çıxarıb ağaca mıxlayırdılar və daha sonra bağırsağın açılmasını seyr edirdilər. Ələ keçidikləri vəzifəliləri soyundurub çiyinlərindən başlayaraq dərilərini soyurdular”. (Orlando Figer, A People´s Tragedy, 1997, Penguin Books, səh.775) Bütün Rusiyanı qorxu bürümüşdü, lakin kommunist vəhşilik hələ yeni başlayırdı.

Comments