У нас вы можете посмотреть бесплатно Axırıncı namaz (1963) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
12+ Film fırıldaqçı mollanın əməllərindən danışır. Filmdə qadın azadlığı, təhsil məsələləri önə çıxarılır. Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib. Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: S.Abasov Operator: Əsgər İsmayılov Rəssam: Məmməd Hüseynov Bəstəkar: Zakir Bağırov Rollarda: Ağadadaş Qurbanov (molla Müştəba), Möhsün Sənani (Şahbala), Ətayə Əliyeva (Xeyransa), A.Süleymanova (Şəmsiyyə), Nəzakət Qazıyeva (Mərziyə), Münəvvər Kələntərli (qoca arvad), R.Tağıyev (Müseyyib) İstehsalçı: Azərbaycanfilm Texniki göstəricilər: 35 mm, 4:3, a/q Janr: dram