У нас вы можете посмотреть бесплатно Ağızda Əriyən Banan Pirojnası🫠 ən Asan hazırlanma üsulu ilə или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Stəkan ölçüsü: 200 ml Ərzaqlar Xəmir üçün: 200 qr kərə yağı (otaq temperaturunda) 200 qr xama (20%) 1 çimdik duz 1 çay qaşığı qabartma tozu 3 stəkan un İçlik üçün: 300 qr kəsmik 1 paket şəkərli vanilin 3 yemək qaşığı un 1/2 stəkan şəkər tozu (zövqə görə artırıb-azalda bilərsiniz) Üzəri üçün: 2 yemək qaşığı pudra şəkəri Hazırlanması Otaq temperaturunda olan kərə yağı, xama və duzu bir qaba əlavə edib çəngəllə əzirik. Üzərinə 1 stəkan un və qabartma tozunu əlavə edib qarışdırırıq. Daha sonra qalan 2 stəkan unu əlavə edirik. Xəmiri çox yoğurmağa ehtiyac yoxdur. Nəticədə ələ yapışmayan, yumşaq bir xəmir alınmalıdır. Xəmirdən hissələr qoparıb kündələr hazırlayırıq, qaba yığıb üzərini streçləyirik və 20 dəqiqə soyuducuda dincəldirik. Bu arada içliyi hazırlayırıq: Bir qaba kəsmik, şəkərli vanilin, un və şəkər tozunu əlavə edib yaxşıca qarışdırırıq. Xəmiri soyuducudan çıxarıb kündələri bir-bir yayırıq. Digər kündələri isə yumşalmaması üçün yenidən soyuducuya qoyuruq. Yaydığımız xəmirlərin üzərinə içlik əlavə edib banan formasında bükürük. Hazırladığımız şirniyyatları soba listinə düzürük və əvvəlcədən 170°C-yə qızdırılmış sobada, alt-üstü qızarana qədər bişiririk. Soyuduqdan sonra üzərinə pudra şəkəri səpirik. 👉 Çox dadlı və ağızda dağılan şirniyyat olur. Hazırlayan hər kəsə nuş olsun! İzlədiyiniz üçün təşəkkür edirəm, abunə olub rəy yazmağı unutmayın 💕 #bananarecipe #tarifi #dessert #keşfet