У нас вы можете посмотреть бесплатно ASAIF- in sədri Ramin Həkimov və həmtəsisçisi Orxan Əkbərov "Aktual Xəbər"də / Xəzər TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
ASAİF -- Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu uzun bir tarixi inkişaf dövrünə malikdir. Belə ki, bu təşkilat 2001-ci ildən başlayaraq Azərbaycanda xaricdə təhsil alan gəncləri bir araya toplamaq məqsədi ilə illik yay forumları keçirməyə başlamışdır. Təşkilatın ilk yarandığı gündən müxtəlif adları olmuşdur. Lakin 2010-cu ildə artıq 8-cisi keçirilən illik yay forumunda təşkilatın adı "ASAİF -- Azerbaijani Students and Alumni International Forum" olaraq qərarlaşdırılmışdır. Hər zaman xaricdə təhsil alan və məzun olmuş gəncləri bir araya toplamaq, onları ortaq Azərbaycançılıq dəyərləri ətrafında birləşdirmək məqsədi daşıyan təşkilat 2010-cu ildə fəaliyyətini rəsmiləşdirmək və strukturlaşmaq qərarına gəlmişdir. Bu məqsədlə 2010-cu ilin 15 sentyabr tarixində təsis toplantısı təşkil edilmişdir. Toplantıda dünyanın 15 müxtəlif ölkəsindən onlarla gənc iştirak etmişdir. Bu toplantıda təşkilatın strukturu təsdiq olunduqdan sonra dövlət qeydiyyatından keçmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilmişdir. 24 sentyabr 2010-cu ildə təşkilat "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" ictimai birliyi kimi dövlət qeydiyyatına alınmışdır.