У нас вы можете посмотреть бесплатно Keçmiş kanal rəhbərinə hökm oxundu | Tağı İbrahimov və Toğrul Rzayevə cinayət ittihamı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Keçmiş kanal rəhbərinə hökm oxundu | Tağı İbrahimov və Toğrul Rzayevə cinayət ittihamı “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilən iş adamının son sözündən sonra hökm elan edilərək Tağı İbrahimov və Toğrul Rzayevin hər biri ayrı-ayrılıqda 6 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərin hər ikisinin 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Qeyd edək ki, ötən il yanvarın 15-də Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanılıb. İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tağı İbrahimov və Toğrul Rzayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yekun ittiham elan edilib. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Keçmiş kanal rəhbərinə hökm oxundu | Tağı İbrahimov və Toğrul Rzayevə cinayət ittihamı 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #tağıi̇brahimov #toğrulrzayev #məhkəmə #hökm #cinayətitti̇hamı #kanalrəhbəri