У нас вы можете посмотреть бесплатно "Səhv parklanmaya görə etiraz məqsədilə avtomobilin üzərinə tullantı yığılması qanunsuzdur" или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Son zamanlar maraqlı bir tendensiya ilə qarşılaşırıq. Məlumdur ki, şəhərin hər nöqtəsi ödənişli parklama yerinə çevrildiyi üçün, bu da sürücülərə baha başa gəldiyi üçün sürücülər parklama üçün daha çox məhəlllələrin arasındakı ərazilərə və binaların həyətinə üstünlük verirlər. Sağ olsun, bəzi vətəndaşlar da avtomobillərin üzərinə məişət tullantıları yığmaqla sürücülərdən öz acıqlarını çıxmağa çalışırlar. Sanki, düzgün parklanma edilməyən avtomobilin üzərinə məişət tullantısı yığmaqla canları rahatlayır. Belə davranış doğru ola bilərmi? Və yaxud bu addımı atanları hansı məsuliyyət gözləyir. Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, düzgün parklanma etməyən və yaxud zibil qablarının yaxınlığında avtomobilini parklayıb harasa gedən sürücülər vətəndaşlar qarşısında məsuliyyət daşımırlar və onlar birbaşa törətmiş olduğu inzibati pozuntuya görə dövlətin müvafiq orqanları qarşısında, konkret desək, dövlətin qarşısında məsuliyyət daşıyırlar və onlara belə bir inzibati məsuliyyətə cəlb olunması da, məhz birbaşa dövlətin səlahiyyətli orqanları tərəfindən icra olunmalıdır. “Vətəndaşların düzgün parklanma edilməyən nəqliyyat vasitələrinə qarşı bu şəkildə etiraz xarakterli davranışı əsasən ictimai etiraz hesab olunur və bunun əslində özü də bir qanun pozuntusudur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3 maddəsinə görə vətəndaşlar tərəfindən məişət tullantılarının həmin tullantıların atılması üçün nəzərdə tutulmuş zibil qablarından və urnalardan kənara atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində hüquqi şəxslər isə 4000 manat məbləğində inzibati qaydada cərimə olunurlar”-deyən hüquqşünas qeyd edib. “Vətəndaşlar nəzərə almalıdır ki, əgər əraziyə polis nəzarəti varsa və yaxud Ekologiya Nazirliyinin xüsusi nümayəndələri bu halla qarşılaşarsa, o zaman 300 manat məbləğində cərimə ödəməli olacaqlar. Parklanmanı düzgün etməyən sürücülərin isə cərimə sizdən dəfələrlə azdır. Belə ki, düzgün parklanma etməyən, dayanma-durma qaydalarını pozan sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsinə əsasən dayanma-durma qaydalarını pozduğuna görə 20 manat məbləğində cərimə edilirlər. Vətəndaşlar avtomobilin park etməsinə görə məişət tullantılarını ata bilmirlərsə, ərazi üzrə hüquq-mühafizə orqanına müraciət etməklə həmin avtomobilin həmin ərazidən daşınmasına nail ola bilərlər. Bunun üçün sadəcə müraciət etmək lazımdır. Vətəndaşların etiraz olaraq düzgün park etməyən avtomobillərə məişət tullantısı atmağı birbaşa qanun pozuntusudur və inzibati məsuliyyətə cəlb olunması üçün əsasdır”-deyə hüquqşünas bildirib. P.S. Kimdənsə məişət tullantısı ilə acıq çıxmağa çalışanda iki dəfə düşünün. Əlavə 300 manatınız varmı? İradə Cəlil, Bizimyol.info Hörmətli üzvlər, şahidi olduğunuz maraqlı hadisələrin video və fotolarını çəkib, bizə göndərə bilərsiniz: Whatsapp/Telegram: (+994) 50 498 73 68 "Bizim Yol" qəzetinin və "Bizimyol.info" xəbər portalının rəsmi hesabları: "Bizim Yol" xəbər portalı - https://www.bizimyol.info Facebook - / bizimyolinfo Instagram - / bizimyolinfo YouTube - / bizimyolinfotv TikTok - / bizimyolinfo X (Twitter) - / bizimyolinfo Bizi izlədiyiniz və abunə olduğunuz üçün təşəkkürlər.