У нас вы можете посмотреть бесплатно Azərbaycan Dövlət Kamera Orkestri - “İncə bellim” | “Qarabağ gecəsi” xeyriyyə konserti (2022) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
26 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib. Tədbir “Avrora Qrup”un baş sponsorluğu, “İtaldizayn” QSC-nin sponsorluğu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə təşkil olunub. Konsertdə Vətən müharibəsi qaziləri, hökumət rəsmiləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondunun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri qonaq qismində iştirak ediblər. Dinləyicilərə 14 musiqi nömrəsinin təqdim olunduğu konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, Əməkdar artistlər Aygün Mübariz, Ceyla Seyidova, Arzu Əliyeva, tar ifaçısı Rövşən Qurbanov, Muğam Televiziya müsabiqəsi qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi orkestrinin dirijoru və solisti, kapitan Cəlal Kərimov çıxış edib. Ölkəmizdə böyük əks-səda doğurmuş konsertdən, sponsorlar və bilet satışından öncədən proqnozlaşdırılandan da artıq – 171 257 manat vəsait toplanıb. Toplanan vəsait hesabına Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə musiqi alətinin (royal) alınması qərara alınıb.