У нас вы можете посмотреть бесплатно Kainatın Yaradılışı (Sənədli Film) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yaşadığımız ucsuz-bucaqsız kainatın necə mövcud olduğu, hara doğru getdiyi, sahib olduğu nizam və tarazlığı təmin edən qanunların necə işlədiyi hər dövrdə insanları maraqlandıran mövzular olmuşdur. Elm adamları və mütəfəkkirlər əsrlər boyu bu mövzuda çoxsaylı tədqiqatlar aparmış və bir çox nəzəriyyə irəli sürmüşlər. XIX əsrdə hakim olan və sonradan elmi olaraq etibarsızlığı isbat edilən fikir, kainatın sonsuz ölçülərə sahib sonsuzdan bəri mövcud olan və sonsuza qədər də davam edəcək maddələr yığını olduğu fikri idi. Materialist fəlsəfənin təməlini meydana gətirən bu elmdən kənar anlayış kainatın başlanğıc və ya sonunun olmadığını müdafiə edərək bir yaradıcının varlığını da cahilcə rədd edirdi. Materializm maddəni mütləq varlıq hesab edən, maddədən başqa heç nəyin varlığını qəbul etməyən, elmə zidd olan bir düşüncə sistemidir. Tarixi Qədim yunanlara qədər uzanan, lakin xüsusilə XIX əsrdə geniş yayılmış bu batil düşüncə sistemi Karl Marksın dialektik materializmi ilə məşhurlaşdı. Materialistlər Sonsuz Kainat modelini ateist fəlsəfənin ən əhəmiyyətli dayağı olaraq qəbul edirdilər. Bu fikirdə olan materialist filosof Corc Politzer “Fəlsəfənin əsas prinsipləri” adlı kitabında böyük bir cahilliklə kainatın yaradılmadığını iddia edir və əgər yaradılmış olsaydı Allahın müəyyən bir anda və yoxdan yaratmalı olduğunu deyərək gələcəkdə elmi məlumatlarla materializmin necə süquta uğrayacağının da işarəsini verirdi. Politzer kainatın yoxdan yaradılmadığını iddia edərkən XIX əsrin Sabit Kainat modelinə əsaslanaraq elmi bir fikir irəli sürdüyünü hesab edirdi. Halbuki XX əsrdə inkişaf edən elm və texnologiya materializmin bu ibtidai anlayışını tamamilə məhv etdi. Materialistlərin hesab etdiyi kimi kainatın sabit olmadığı, tam əksinə davamlı olaraq genişləndiyi müəyyən olundu. Müasir fizika bir çox təcrübə, müşahidə və hesablama ilə Kainatın başlanğıcı olduğunu, yox ikən bir anda böyük bir partlayış ilə yaradıldığını isbat etdi. Ancaq bütün elmi məlumatlara baxmayaraq, materialist dairələr kainatın yoxdan yaradıldığını qəbul etməkdən imtina edirdilər. Tanınmış materialist fizik Artur Eddinqtonun açıqlaması materialistlərin düşdüyü vəziyyəti açıq şəkildə təsvir edir. “Təbiətin hazırkı nizamının birdən-birə ortaya çıxması fikri fəlsəfi cəhətdən mənə cəlbedici gəlmir”. Halbuki bir elm insanı ortaya qoyulan məlumatları ideologiyası ilə deyil, məlumatların doğru və ya yanlış olması ilə qiymətləndirməlidir. Eddinqton bunu qəbul etməkdə çətinlik çəksə də, elm kainatın birdən-birə ortaya çıxdığını sübut etdi. Materialistlərin reaksiyası bununla bitmədi. Alman kimyaçısı Walther Nerst Big Bang nəzəriyyəsi ilə bağlı verilən suallara “bu tapıntıları qəbul etmək elmə xəyanət olardı” şəklində məntiqsiz cavablar verirdi. Emayti Universitetinin fizika professoru Philip Morrison, məşhur İngilis kanalında yayımlanan bir sənədli filmdə, Big Bangi qəbul etməkdə çox çətinlik çəkdiyini və rədd etmək üçün böyük bir istək duyduğunu bildirirdi, amma elm əxlaqına sahib bir çox elm adamı, Big Bangin ideoloji səbəblərə görə rədd edilə bilməyəcək qədər doğru bir nəzəriyyə olduğunu söyləyirdi. "The New Yorker" yazıçılarından Jim Holt “Big bang teologi” adlı yazısında "Big Bang elm tarixində Allahın yaratmasını təsdiq etdiyi üçün qəbul edilməyən yeganə fikirdir” deyirdi. Məşhur astrofizik Robert Castrov "Allah və astronomlar" kitabında materialist fizikləri Big Bangi ideoloji səbəblərlə rədd etdikləri üçün təsirli cümlələrlə tənqid edirdi. “Bu reaksiyalarda çox qəribə duyğular rol oynayır... Məlum olan fizika qanunlarının etibarlı olmadığı və tanımadığı qüvvələrin məhsulu olaraq meydana gələn bir başlanğıcın kəşfi ilə elm adamının sahib olduğu inanc yox oldu. Bu baş verdikdə elm insanı özünə nəzarətini itirdi. Bu tapıntıların əsl mənasını hərtərəfli araşdırsaydı, güclü bir travma alardı. Bu travma anında olan oldu və beyin tapıntıların mənasına reaksiya verdi... (Elm adamları baxımından) problemin böyüklüyünü düşünün. Elm kainatın müəyyən bir anda mövcud olduğunu sübut etdi... Bəs kainatda maddə və enerjini yaradan kim və ya nədir? Görəsən Kainat yoxdanmı var olmuşdur?... Bu vəziyyət din adamlarından başqa hamı üçün gözlənilməz, təəccüblü bir hadisə idi. (Robert Castrov, “Allah və astronomlar”) Bəs materialistlərin gözlənilməz və təəccüblü hesab etdiyi bu proses necə baş verdi? Gəlin kainatın yaradıldığını ortaya qoyan elmi kəşflərin tarixinə nəzər salaq. Big bangin kəşfinə gedən yol Bu gün kainatın bir anda partlayışla ortaya çıxdığı yəni yaradıldığı bütün elm dünyası tərəfindən qəbul edilir. Bu çox vacib həqiqətin kəşfi elmi inqilab olan müşahidələr və tapıntılar nəticəsində reallaşdı. 1929-cu ildə Kaliforniyadakı Maunt-Vilson rəsədxanasında amerikalı astronom Edvin Habbl astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi.