У нас вы можете посмотреть бесплатно Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
23–28 fevral 2026-cı il Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirləri və fotosərgi keçirilib. Tədbirlər tarixi həqiqətlərin sənədli materiallar əsasında təqdim olunması və milli yaddaşın qorunması baxımından xüsusi ictimai əhəmiyyət daşıyıb. Fevralın 23-də beynəlxalq miqyasda tanınan fotojurnalist Reza Deqatinin iştirakı ilə “XOCALI: SƏSSİZLƏRİN SƏSİ REZA DEQATİNİN OBYEKTİVİNDƏ” adlı fotosərginin açılışı və konfrans təşkil olunub. Ekspozisiyada müəllifin Xocalı faciəsini və müharibənin nəticələrini əks etdirən sənədli fotoları nümayiş etdirilib. Fotolar hadisələrin miqyasını və insan talelərində yaratdığı nəticələri vizual faktlar vasitəsilə təqdim edib. Konfrans çərçivəsində fotosərginin ideya məzmunu və sənədli fotoqrafiyanın həqiqətlərin dünyaya çatdırılmasındakı rolu diqqətə çatdırılıb.