У нас вы можете посмотреть бесплатно Quranda bəhs edilən canlılardan biri: Ağcaqanad или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ağcaqanad Quranda bəhs edilən canlılardan biridir. Bəqərə surəsinin 26-ci ayəsində Allah ağcaqanad haqqında belə buyurur. Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla bir çoxlarını azdırır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26) Bir çox insan tərəfindən adi hesab edilən ağcaqanad Allahın Quranda nümunə verməsi baxımından haqqında düşünməli və araşdırmalı olduğumuz bir canlıdır. Allah Quranda istər ağcaqanadı, istərsə də ondan üstün olanı nümunə verməkdən çəkinməyəcəyini və böyük-kiçik hər canlının Allahın yaratma sənətinə bir dəlil olduğunu xəbər vermişdir. İnsanların əksəriyyəti ağcaqanadın qan soraraq qidalandığını zənn edir. Halbuki zənn edilənin əksinə, ağcaqanad qanla qidalanmır. Yalnız dişi ağcaqanad qan sorur. Bunun da tək səbəbi çoxalma dövründə yumurtaların inkşaf etmək üçün qanda olan zülallara ehtiyacının olmasıdır. Ağcaqanadın əsas qıdası isə bitki şirəsidir. Diqqətçəkən məqam odur ki, ayədə dişi ağcaqanaddan bəhs edilir. Qan soran dişi ağcaqanad erkək ağcaqanada nisbətən daha üstün xüsusiyyətlərə sahibdir. Quranın nazil edildiyi dövrdə texnoloji imkanlarla bu mühüm fərqin bilinməsi mümkün deyildi. Ancaq Allahın ayədə xüsusilə dişi ağcaqanada diqqət çəkməsi əlbəttə ki, Quranın bir möcüzəsidir. Bu kiçik canlını daha yaxından araşdıraq. Ağcaqanadın çox həssas istilik qəbuledicisi var. Ətrafdakı canlıları bu qəbuledici vasitəsilə hiss edir. Ağcaqanadın istiliyi qəbul etməsi işıqdan asılı olmadığı üçün qaranlıq otaqda belə isti qan damarlarını asanlıqla tapa bilir. Ağcaqanadın istilik qəbuledicisi o qədər həssasdır ki mində bir dərəcəlik temperatur dəyişikliyini belə hiss edə bilir. “Tarsi” adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Qan damarları digər toxumalardan daha istidir. Buna görə, ağcaqanadın istilik qəbuledicisi dərinin altında qanın daha çox olduğu yerləri asanlıqla tapır. Ağcaqanad sanki istiliklə yanaşı, qaz, rütubət və qoxu dedektorları ilə təchiz edilmiş döyüş təyyarəsinə bənzəyir. Ağcaqanad ovunu asanlıqla tapmasına imkan verən xüsusi sistemlərə malikdir. Bu sistem qaz, rütubət və bəzi kimyəvi maddələrə həssas müxtəlif qəbuledicilərdən ibarətdir. Bu sistem sayəsində qaranlıqda belə 30 metr məsafədən ovunun yerini asanlıqla müəyyən edə bilir. Ağcaqanadı cəlb edən digər faktor da karbondioksid qazıdır. Nəfəs aldığımız zaman ortaya çıxan karbondioksid qazı ağcaqanad üçün çox cəlbedicidir və ovunu tapmaq üçün vacib işarədir. İstilik, qaz, rütubət və kimyəvi qıcıqlardan birini qəbul edən ağcaqanad dərhal ovuna yönəlir. Ağcaqanad ovunun üstünə o qədər yumşaq şəkildə qonur ki, bunu çox vaxt hiss etmək belə olmur. Daha sonra ağız bölgəsindəki kəsici orqan vasitəsilə dərini deşmək üçün ən uyğun nöqtəni tapır. İlk deşmə prosesi alt və üst çənə tərəfindən həyata keçirilir. Ağcaqanadın xorumunun içində isə 6 bıçaqdan ibarət kəsmə mexanizmi var. Dörd bıçaq dərini deşir, digər iki bıçaq isə birləşərək içi boş bir boru meydana gətirir. Ağcaqanad açdığı dəlikdən içəri uzatdığı boru vasitəsilə ilə qanı sorur. Bu boru vasitəsilə kiçik bir qan damarına daxil olub qanı birbaşa sora bilər. Hətta dərini kəsərkən ətrafdakı toxumalarda toplanan qanı da sorar. Ağcaqanadın iynəsinin ən əsas xüsusiyyəti müəyyən dərinlikdə əyilə bilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dəri altında asanlıqla hərəkət edir. Beləliklə, ağcaqanad iynəsini qanla ən zəngin bölgəyə çatdırır. Ancaq bu vaxt ağcaqanadı böyük bir problem gözləyir. Ağcaqanad insanı dişlədiyi anda insan bədəninin müdafiə sistemi fəaliyyətə keçir. Bədənə mikrobların girməsinə mane olmaq və qanı dayandırmaq üçün yaranın olduğu yerdə qanın laxtalanmasını təmin edən ferment ifraz olunmağa başlayır. Ancaq ağcaqanadlar üçün bu problem tamamilə aradan qaldırılmışdır. Ağcaqanad laxtalanma olacağını bilirmiş kimi kəsici bıçaqlardan birinin içindən yaraya xüsusi bir maye yeridir.